Accessibility links

Qadınlar Sovet İttifaqının Əfqanıstanda apardığı müharibə zamanı yaşadıqları "cəhənnəmi" xatırlayır


Tatyana Rıbalçenko
Tatyana Rıbalçenko

65 yaşlı Tatyana Rıbalçenko qonaq otağında oturub, 30 il öncə çəkilmiş ağ-qara şəkillərə baxır. Onlardan birində o, tibb bacısı geyimində oturub, yuxusuz vəziyyətdə kameraya gülümsəyir, bir digərində isə o, yolda əsgərlərlə birgə gülür, arxalarında isə dağ görsənir.

Bu şəkillər Rıbalçenko və onun kimi 20 min sovet qadınının Sovet İttifaqının 1979-1989-cu ildə Əfqanıstana hərbi müdaxiləsi zamanı onlara mülki dəstək verərkən çəkdiklər çətinlikləri əks etdirmir. Onlar döyüşlərdə iştirak etməsələr də, müharibənin dəhşətlərini yaşayıblar.

Rusiya cümə sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30-cu ildönümünü qeyd edib. Həmin qanlı müharibəyə cəlb olunan tibb bacıları, mağaza sahibləri, xüsusilə də gənc, subay qadınların xatirələri hələ də canlıdır.

Rıbalçenko ani bir qərarla hərbi xidmətə yazılıb. 1986-cı ildə o, 33 yaşında idi, Kiyevdə perspektivi olmayan tibb bacılığı işində işləyirdi və sevgilisindən yeni ayrılmışdı. Bir gün o, iş yoldaşı ilə birlikdə hərbi xidmətə çağırış mərkəzinə gedir. Mərkəzdə ondan xaricdə, yəni Əfqanıstanda işləmək istəyib-istəmədiyi soruşulur.

Həkimlər və tibb bacıları Əfqanıstanda hərbi hospitalda yaralanmış insanı müalicə edir
Həkimlər və tibb bacıları Əfqanıstanda hərbi hospitalda yaralanmış insanı müalicə edir

Rıbalçenko deyir ki, o, Kiyevdəki həyatından bezmişdi ona görə də, “Mən hər yerə, hətta cəhənnəmə belə gedərəm” cavabını verir. “Ona görə də onlar məni ora göndərdi”, Tatyana deyir.

Ailəsi və dostları onu bu fikirdən yayındırmağa çalışaraq Əfqanıstandan cəsədlərin geri gəldiyini söyləyir. Lakin bunun üçün artıq gec olur, çünki o, müqaviləni imzalayır.

Kommunist müttəfiqini müdafiə etmək cəhdi kimi başlayan, daha sonra isə ABŞ-ın dəsətklədiyi qiyamçılara qarşı qanlı kampniyaya çevrilən döyüşlərdə azı 15 min sovet qoşunu ölüb. Moskva bir çox gənc qadın və kişini travmaya məruz qoyan müharibəyə 600 mindən çox insan göndərib. Bu müharibə isə daha sonra Sovet İttifaqının 1990-cı ildə süquta gətirib çıxaran narazılıqlara səbəb olub.

Qardez-də hərbi hospitalda tibb bacısı olaraq çalışan Rıbalçenkonu nə qədər çox insanın xəsarət aldığı təəccübləndirir. Lakin onun o qədər işi var idi ki, o, emosiyalarını bir kənara qoyurdu.

“Sonda artıq heç nə hiss etmirdim. Mən daş kimi idim”, Rıbalçenko deyir.

Bu çətin zamanlarda ona dostları kömək edirdi və o, gənc kəşfiyyat zabiti Vladimir Vşivtsevlə dostlaşır.

Vladimir Vşivtsev
Vladimir Vşivtsev

O bir gün Tatyanaya deyib ki, o, üzvlərini itirməkdən qorxmasa da, gözlərinə xəsarət alsa, yaşaya bilməzdi.

Maarifləndirmək

Alla Smolina 1985-ci ildə Sovet ordusunun Cəlalabaddakı prokurorluğunda işə başlayanda 30 yaşında idi. 20 il sonra Smolina müharibə ilə bağlı kabuslar görməyə başladı.

O, öz xatirələrini bir dəftərə yazmağa və müharibədə iştirak edən və müharibənin çətinliklərindən keçən digər qadınlarla əlaqə saxlamağa başladı.

O, insanları sovet qadınlarının Əfqanıstanda oynadığı rollar barədə maarifləndirməyə çalışır. O, həmin qadınların əsasən kişilər tərəfindən yazılan əsərlərdə ədalətsiz şəkildə qələmə verildiyinə inanır.

Əfqanıstanda mülki vəzifələrdə çalışarkən ölən qadınlar rəsmi hesablamalara daxil edilməyib.

Sovet İttifaqında cinsi qısnama anlayışının yad olduğu dövrdə Əfqanıstanda müharibıdı iştirak edən xüsusilə gənc və subay qadlnlar digər əsgərlərin istənməyən diqqətinə məruz qalmamaq üçün çox vaxt romantik münasibətlərə başlayırdı.

“Əgər qadının həyatında kimsə varsa, bütün briqada canavar ordusu kimi onları qısnamayacaq”, Rıbalçenko söyləyir.

O deyir ki, özünü qorumaq üçün özünə “sevgililər” tapırdı.

Müharibə imtiyazları

Sovet İttifaqında müharibəyə dəstək azalmağa başlayanda, Əfqanıstandakı sovet qoşunları və dəstək işçilərinin diqqət mərkəzində siyasət deyil, sağ qalmaq dayanırdı. Əfqanlar Moskvanın iştirakını düşmən tərəfindən xarici müdaxilə kimi görsə də, sovetlər doğru yolda olduqlarını düşünürdü.

Biz həqiqətən də məzlum insanlara yardım etdiyimizə inanırdıq, xüsusilə də Sovet xalqının orada inşa etdiyi bağçalar və məktəbləri öz gözümüzlə gördüyümüz üçün.
Smolina

“Biz həqiqətən də məzlum insanlara yardım etdiyimizə inanırdıq, xüsusilə də Sovet xalqının orada inşa etdiyi bağçalar və məktəbləri öz gözümüzlə gördüyümüz üçün”, Smolina deyir.

Rıbalçenko evə dönəndən sonra, ilk üç ay yataqdan çıxa bilmirdi. O, Posttravmatik stress pozuntusu diaqnozu qoyulan minlərlə insandan biri idi.

Tatyana rəsmilərdən veteranlar və Əfqanıstandan dönən digər heyət üçün nəzərdə tutualn yardımlar barədə soruşanda, pis rəftar və təhqirlərlə üzləşirdi. Bİr gün biri ondan:“Mən nə bilim ki, sən həqiqətən də orada olmusan” deyə soruşub.

2006-cı ildə rusiyalı qanunvericilər Əfqanıstanda işləyən mülki vətəndaşların müharibə imtiyazlarından faydalanmağa haqlarının olmadığına dair qanun çıxardı. Qadınlar isə uğurlu kampaniya apararaq bu qərarın dəyişməsinə nail olub.

Rıbalçenko nəhayət hökümətdən ev alır, fizioterapiya sayəsində işləyir, indi isə Moskvada pensiyaçı həyatı yaşayır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG