Accessibility links

Jurnalistlər repressiv rejimlərə: Bizi susdura bilməyəcəksiniz


Jurnalistlər repressiv rejimlərə: Bizi susdura bilməyəcəksiniz
please wait

No media source currently available

0:00 0:07:11 0:00

Vaşinqtondakı xəbər muzeyi Newseum-də Sərhədsiz Reportyorlar təşkilatı və Azad Səslər Şəbəkəsinin birgə “Qadağan olmuş hekayələr” layihəsinin təqdimatı keçirilib. Layihənin əsas məqsədi təhdid olunduqları, həbs edildikləri, ya da qətlə yetirildiklərinə görə öz işlərini görə bilməyən jurnalistlərin işini dərc etmək və davam etdirməkdən ibarətdir.

Layihənin təsisçisi, fransız jurnalist Loren Rikar deyib ki, layihənin yaradılmasına əsas iki səbəb olub.

“Mənim həyatımda baş vermiş iki hadisə “Qadağan olmuş hekayələr” layihəsinə başlamağıma təkan verdi. Bu hadisələrdən biri Şarli Hebdoya hücum idi. Bildiyiniz kimi, onlar mənim həmkarlarım idilər, orada mənimlə eyni mərtəbədə çalışırdılar. Mən hücumdan dərhal sonra ora gəldim. Biz xəbərlər şöbəsinə daxil olan ilk jurnalistlər arasında idik və onların bəzisi hələ sağ idi. Bu hadisə mənim azad mətbuatın kövrəkliyini anlamağımda böyük rol oynadı. Bundan üç aydan az vaxt keçəndən sonra isə mən Xədicə İsmayılovanın həbsxanadan göndərdiyi məktubunu aldım. Xədicə mənim dostumdur. Dünyada ən cəsarətli jurnalistlərdən biri olan Xədicə Azərbaycan və Avropa arasında korrupsiyanı araşdırdığına görə həbs edilmişdi. Göndərdiyi məktubunda o mənə Azərbaycan və Avropa arasında korrupsiya ilə bağlı araşdırmaların davam etdirilməsinin vacibliyini xatırladırdı. Bu məktub və Şarli Hebdoya qarşı terror hücumu mənim “Qadağan olmuş hekayələr” platoformasını yaratmağıma səbəb oldu. “Azad səslər şəbəkəsi” ilə birlikdə bizim işimiz jurnalistlərin hekayələrinin davam etdirilməsinə həsr edilir.”

Müzakirələrdə iştirak edən Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsiumunun direktor müavini Marina Uolker deyib ki, Xədicə İsmayılovanın işi jurnalistlər arasında əməkdaşlığın ən bariz nümunələrindən biridir.

Xədicənin adının vurğulanması çox vacib idi ki, çünki Xədicə həbsə girdi və həbsdən çıxdı və bu jurnalistika, yəni onun yaradıcılığı o, həbsdə olduğu vaxtda davam etdi.
Ələkbər Raufoğlu

“Xədicə İsmayılova bütün dünyada araşdırmaçı jurnalistlər üçün bir nümunədir. O, jurnalistlər arasında araşdırma üçün ən çətin mövzulardan birinə üz tutub. Bu da hakim ailənin ofşor əlaqələri ilə bağlıdır. Bu mövzu ilə bağlı araşdırma onu qızıl mədənləri, Panamada rejimlə əlaqəsi olan, çox güclü şəkildə rejimlə bağlı olan gizli şirkətlərə aparıb çıxarıb. Bu araşdırmalar ona azadlığı bahasına başa gəlib. O tez bir zamanda həbs edildi və həbsxanaya göndərildi. Bu gün o azaddır, lakin o, ölkəsini tərk edə bilmir. Amma onlar onun ruh yüksəkliyini, araşdırma yazmaq istəyini ondan ala bilmədilər. O öz işini görməyə davam edir. Amma bundan daha önəmlisi odur ki, o, dünyanın hər yerində Azərbaycana, ölkədəki korrupsiyaya bəlkə də onun həbsindən əvvəl maraq göstərməyən jurnalistləri ruhlandırdı. Amma indi bu jurnalistlər artıq bunun çox mühüm məlumat olduğunu bilir və rejimin bu məlumatı senzura etmək istədiyindən xəbərdardır. Ona görə onlar bu işi dünyanın başqa ölkələrində görür. Britaniyada, ABŞ-da, Yaxın Şərqdə və Asiyada. Nəticədə o baş verdi ki, əgər əvvəl də bu məlumata bir jurnalist diqqət yetirirdisə, indi artıq Azərbaycanla maraqlanan bütöv bir jurnalistlər şəbəkəsi mövcuddur ki, onlar bu əlaqələri, şəxslərin adlarını bilir. Onlar Azərbaycanla bağlı ictimaiyyəti maraqlandıran mövzularda işi davam etdirəcək.”

Azərbaycanlı jurnalist Ələkbər Raufoğlunun sözlərinə görə isə bu layihə repressiv rejimlərə mesaj çatdırır.

“Layihənin ən açıq mesajı budur ki, jurnalistlərə, azad mətbuata qarşı olan rejimlərə birbaşa siqnal göndərilir ki, siz öz hakimiyyətinizdən, öz pullarınızdan istifadə edib jurnalistləri susdura bilərsiniz, amma onların məqalələrini, yazılarını susdura bilməzsiniz. Nə vaxtsa o məqalələr işıq üzü görəcək və bu baxımdan Xədicənin adının vurğulanması çox vacib idi ki, çünki Xədicə həbsə girdi və həbsdən çıxdı və bu jurnalistika, yəni onun yaradıcılığı o, həbsdə olduğu vaxtda davam etdi.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG