Accessibility links

Müxalif qəzetlərin metroda satışına icazə verilmir


Azadlıq qəzeti
Azadlıq qəzeti

Oktyabrın 17-dən ”Azadlıq”, “Yeni Müsavat”, “Bizim Yol” və “Gündəm xəbər” qəzetlərinin metrodakı satışına yasaq qoyulub.

Oktyabrın 14-də Yasamal Rayon Məhkəməsi Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın iddiası ilə qəzetin üzərinə qoyulmuş 32 min manatlıq cəriməni oktabrın 24-ə qədər ödəməklə bağlı xəbərdarlıq gönədrib.

Bu müddət ərzində göstərilən vəsait ödənilməsə qəzetin hesabı bağlanacaq.

Bu barədə "Azadlıq" qəzetinin bəyanatında deyilir.

Bəyanatda qeyd edilib ki, metro stansiyalarında qəzetin yayımı qadağan edilib.

Oktyabrın 17-də isə redaksiyanın yerləşdiyi Azərbaycan Nəşriyyatının rəhbərliyi oktyabrın 21-nə qədər 5 min manat məbləğingə vəsait ödənilməyəcəyi halda qəzetin çapının dayandırlacağı haqda xəbərdarlıq edib.

Dövlətə məxsus “Qasid” yayım firmasının qəzetə olan borcu isə 50 min manata çatıb və davamlı müraciətlərə baxmayaraq, ödənmir.

Qəzet bəyan edir ki, bu iş siyasi motivli olduğundan qəzeti çökdürmək istəyirlər.

“Azadlıq” qəzeti bəyan edir ki, dördüncü hakimiyyət olmaq missiyasından heç bir halda imtina etməyəcək, özünün tarixi ənənələri və prinsiplərinə sonadək sadiq qalacaq.

Bununla belə “Azadlıq” qəzeti hakimiyyətdən tələb edir ki, bu məkrli niyyət və fəaliyyətindən əl çəksin, ölkənin ikinci müstəqilliyi ilə yaşıd olan bu müstəqil nəşri susdurmağa çalışmasın.

Qəzet ölkə ictimaiyyətini və oxucularını üzləşdiyi bu ağır durumda ona dəstəyi gücləndirməyə çağırır.

Media Hüququ İnstitutu bəyan edir:

Media Hüququ İnstitutu da Bakı Metropolitenindəki köşklərdə müxalifyönlü ”Azadlıq”, “Yeni Müsavat”, “Bizim Yol” və “Gündəm xəbər” qəzetlərinin satışının yasaqlanmasını pisləyir.

MHİ tənqidi məzmunu ilə seçilən qəzetlərə qarşı ayrıseçkilik edilməsinin onları əsas gəlir mənbəyi olan yayım vəsaitlərindən məhrum etməklə sıradan çıxarmaq, müxalif fikirlərin yayılmasını önləmək məqsədi daşıdığını, bunun ölkədə ifadə azadlığına ciddi qorxular yaratdığını vurğulayır.

MHİ Azərbaycan hökumətini tənqidçi qəzetlərə qarşı ayrıseçkilik tətbiq olunmasını önləməyə, müstəqil, siyasi hakimiyyətin təsirindən tam sərbəst yayım sektorunun formalaşdırılması istiqamətində addımlar atmağa çağırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski Rusiyanın hücumu fonunda Xarkivə səfər edib
please wait

No media source currently available

0:00 0:12:03 0:00
XS
SM
MD
LG