Accessibility links

Qadın və çılpaq etiraz


Çində uzun illərdir vətəndaş cəmiyyəti müdafiəçisi kimi tanınan qadın professor öz etirazını qeyri-ənənəvi şəkildə ifadə edərək, mesajını öz bədəni üzərində yazıb nümayiş etdirib.

60 yaşlı Ay Tsaominq on ildir vətəndaş cəmiyyəti quruculuğu problemləri ilə məşğul olur. Onun bu illər ərzində yaratdığı sənədli filmlər Çində qadağan edilib. Bir neçə gün bundan əvvəl professor Tsaominq qızların hüquqlarını müdafiə edən Ye Haiyan adlı qadın fəala dəstək bildirmək üçün çılpaq fotosunu internetdə paylaşıb. Fotoda onun Çin heroqlifləri ilə yazı yazılmış sinəsi göstərilir. Fotoda professor Tsaominq qadınların zorakılığa qarşı mübarizə aparmasına imkan verilməsi üçün simvol kimi əlində qayçı tutub.

Çində qadınların etiraz etməsi geniş yayılmış hal deyil. Adətən ictimai asayişi pozmaqda günahlandırılan bu qadınlar “təhsil düşərgələri”nə göndərilir. Bununla belə, professor Ay Tsaominq qadınların hüquqlarının pozulması məsələsinə diqqət çəkmək üçün etirazını ən radikal şəkildə ifadə etmək istəyib.

Qadınların etirazın bu formasına üz tutması yeni hal deyil. FEMEN qrupu qadın məsələlərinə diqqəti çəkmək üçün çılpaq qadın bədənini nümayiş etdirən ən populyar qrupdur. Ukraynada yaranan qrup artıq illərdir qadınların qarşılaşdığı problemlərə etiraz məqsədilə müxtəlif ölkələrdə aksiyalar keçirir.

Tarixə baxdıqda, burada da məşhur 13-cü əsrə aid “Ledi Qodayva” dastanına rast gəlmək olar. Tarixi mənbələrə görə, 11-ci əsrdə anqlo-sakson kübar qadın olan Ledi Qodayva həyat yoldaşı Leofrikin qədim Koventri əyalətinin sakinlərinə tətbiq etdiyi vergilərdən narazı imiş. Qraf xanımının xalqı vergilərdən azad etmək xahişini bir şərtlə yerinə yetirməyə razı olur: bunun üçün Ledi Qodayva bütün şəhəri at üstündə çılpaq keçməli idi. Tarixdə cəsur qadın titulunu almış Ledi Qodayvanın at üstündə çılpaq heykəli bundan sonra Koventrinin simvoluna çevrilib.

Kişilərdən fərqli olaraq qadının addımları cəmiyyət tərəfindən daha kəskin qınağa səbəb olur. Amma kişilərdən qadının daha bir fərqi var. Bir kişinin siyasi karyerasına son qoymaq üçün onun çılpaq şəkli, ya da videosunu internetə yerləşdirmək kifayətdir. Qadının çılpaq bədəni bəşəri dəyərləri müdafiə etməyə qadirdir.
Keçən il iranlı aktrisa Gülşiftə Fərəhaninin Fransanın Madame La Figaro jurnalı üçün İran cəmiyyətində qadınlara qoyulmuş məhdudiyyətlərə etiraz olaraq çılpaq şəkillərinin dərc olunması internetdə sensasiya yaratmışdı. Həm islami, həm də mədəni dəyərlərə çağırış kimi qiymətləndirilən bu fotolara müxtəlif reaksiyalar verilsə də, İranda qadınların vəziyyəti və insan hüquqlarının pozulması kimi məsələlər bir sıra ölkələrdə yenidən gündəmə gəlmişdir.

Qadının çılpaq bədənindən etiraz məqsədilə istifadə etməsi onun üçün olduqda ciddi və cəsarətli addımdır. Ənənəvi cəmiyyətlərdə qadınların nəinki belə bir ekstremal hərəkəti, hətta təhsil almaq kimi ən məsum təşəbbüsləri belə böyük qınağa səbəb ola bilər. Buna görə də qadın bu addımı böyük məqsəd və amal uğrunda, başqa vasitələrin imkansızlığı, ya da heç bir təsiri olmadığı vaxt atır. O, cəmiyyətdə biganəlik, problemlərə göz yumulması, SOS siqnalı göndərmək əvəzinə insanların susduğu bir zaman bunu edir. Bu hərəkəti ilə qadın sanki dünyanı susqunluqdan çıxarmaq istəyir. Amma bu cəsarətli addımı atmaqla qadın etdiyi seçim və göndərmək istədiyi mesajın gücünü bilir.

Kişilərdən fərqli olaraq qadının addımları cəmiyyət tərəfindən daha kəskin qınağa səbəb olur. Amma kişilərdən qadının daha bir fərqi var. Bir kişinin siyasi karyerasına son qoymaq üçün onun çılpaq şəkli, ya da videosunu internetə yerləşdirmək kifayətdir. Qadın fərqlidir. Onun çılpaq bədəni bəşəri dəyərləri müdafiə etməyə qadirdir.

Dünyanın bir sıra ölkələrində qadın və qızlar hələ də ən fundamental hüquqların təmin edilmədiyi şəraitdə yaşayır. Qadın problemləri qlobal problemlərdir. Qadının azad və xoşbəxt olmadığı cəmiyyətlərdə böyük inkişafdan danışmaq çətindir. Dünyada qadın və qızların problemləri nə qədər qalırsa, qadın onların müdafiəsinə qalxacaq və bu yolda o, mesajını bəzən hətta ən özəl bir şəkildə çatdırmağa çalışacaq.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG