Accessibility links

Diskussiya: Qadın jurnalistlərə qarşı təhdidlər artıb


Pandemiya dövründə tətbiq olunan media məhdudiyyətləri, jurnalistlərin təhlükəsizliyini təhdid edən etirazlar, çox sayda həbs cəzaları ilə Yaxın Şərqdə mətbuat azadlığına qarşı hücumlar artmaqdadır və bu, ən çox qadın jurnalistlərə təsir edir.

Jurnalistika Qadınları Koalisiyası (CFWIJ) 2021-ci il may hesabatında ilin ilk rübündə qlobal miqyasda qadın jurnalistlərə qarşı 348 təhdid və zorakılığı sənədləşdirib ki, bu da keçən ilin eyni dövrünə nisbətən xeyli artıb.

Jurnalistika sahəsində çalışan qadınlara qarşı hücumları, təhdidləri və təqibləri izləyən qeyri-kommersiya təşkilatı Yaxın Şərq və Şimali Afrikada ölkələrində vəziyyətin çox ağır olduğunu bildirib.

Həbslərin çoxu İranın payına düşür. Belə ki, may ayına qədər nəzarət altına alınan 48 jurnalistdən 11-i həbsə məhkum edilib.

Hesabatda Belarusiya və Myanmada medianı təsir altına alan təzyiqlərlə yanaşı, Səudiyyə Ərəbistanı, Türkiyə və Misirdə qadınların həbsi və ya təcavüzə məruz qalması halları da yer alır.

Aşkarlanan faktlar mayın sonunda koalisiyanın ev sahibliyi etdiyi “Ərəb qadınları üçün ən aktual məsələlər” mövzusundakı müzakirələrin bir hissəsini təşkil etmişdi. Orada Livan sərbəst jurnalisti Luna Safvan, jurnalist və bloger Maysaa Əl-Amudi və Misir mənşəli amerikalı jurnalist Reem Əbdellatif nümunə göstərilmişdi.

Əl-Amudi ərəbdilli xəbər agentliklərində işləyərkən şəbəkələrin qadın müxbirlərin görünüşünə nəzarət edildiyini deyib. O, kişi və qadın həmkarlarının qeyri-bərabər bir təmələ sahib olduqları, qadınların ən az izlənilən saatlarda efirə buraxıldığını bildirib.

CFWIJin direktoru Kiran Naziş çətinliklərə baxmayaraq, qadınlar ümumi axınlarda tez-tez diqqətlərdən yayınan hekayələr barədə məlumat vdiklərini deyib.

“Bir hadisədən danışarkən, deməli bu, təcili bir hekayədir. Bir məsələdən danışırlarsa, deməli, bu, təcili məsələlərdir və buna diqqət yetirməliyik” - deyə, o əlavə edib.

Diskussiya əsnasında Afrikada qadınlar və qızlara dəstək verən və onları müdafiə edən hərəkat olan Afrika Qadın Hüquqları Vəkilləri qurucusu Reem Əbdellatif qadınların yeni bir hekayə təqdim etməklə oynaya biləcəkləri əhəmiyyətli rollardan bəhs edbi.

O, qadınların səslərini susdurmaq və təhdid etmək istəyənlərin məsuliyyətə cəlb olunmasına yardım etdiyini bildirib. Əbdellatifvə tərəfdaşları mediada qadınlar arasında əlaqələrin və həmrəyliyin inkişaf etdirilməsinə ehtiyac olduğunu vurğulayıb.

XS
SM
MD
LG