Ekspertlərdən ibarət qrup ABŞ qanunvericilərinə dünyada ekstremizmlə mübarizə çox hallarda qadınların rolu və potensialının nəzərdən qaçırıldığını bildirib.
Nümayəndələr Palatasının Xarici Əlaqələr Şurasının qadın və sosial mühit üzrə eksperti Camill Biqio deyib ki, son araşdırmalar qadınların evlərdə, icmalarda və sosial mühitdə ekstremizlə mübarizədəki rolu böyük ola bilər.
Qadınların terrorizmlə mübarizədəki roluna dair dinləmələr zamanı Biqio hökumətlər və QHT-lərin radikalizmlə mübarizəyə qadınların cəlb edilməsinin nadir hallarda baş verdiyini deyib.
“Dünyada əks-terrorizm cəhdlərində qadınların radikalizm və ekstremizlə mübarizədə misilsiz mənbə olduğu nəzərə alınmır”- deyə, konqresmen Ted Po bildirib.
O, qadınların evlər, məktəblər və dünya ictimaiyyəti arasında ekstremizm əleyhinə mövqeləri və çıxışlarının effektivliyini önə çəkib.
Londonda yerləşən Quilliam beyin mərkəzinin əməkdaşı Haras Rafiq qanunvericilərə deyib ki, mədəni qapanma və ekstremizm icmaların liberal demokratik dəyərləri təşviq edə bilməməsinin bəhrəsidir.
“Ekstremizə meydan oxumaq icmaların hər bir üzvünün borcudur” - deyə, o əlavə edib.
Texasın A&M universitetindən Valeri Hadson dinləmələr zamanı qadınların roluna əhəmiyyət verilməsinə dair bir neçə faktı nəzərdən keçirildiyini bildirib. O deyib ki, biz 20 illik araşdırmaların nəticəsi olaraq belə bir qənaətə gəldik: qadınların evlərdə qəfəsdəki kimi yaşaması, nikah qanunları, şəxsi statusları, resuslara çıxışları olmaması onların qüdrətini zəiflədir.
Hadson məhz bu faktorların qadınların effektivliyini azaltdığını və onların qız və ya oğullarını terrorizmdən çəkindirmək imkanından məhrum etdiyini deyib.
George W. Bush institutundan digər bir ekspert Fərhat Popal isə Əfqanıstan kimi ölkələrdə qadınların təhsil və iqtisadi durumlarının yaxşılaşdırılmasının radikalizm və ekstremizmə qarşı mübarizədə onların rolunun genişləndirilməsində mühüm amil olduğunu diqqətə çatdırıb.