Accessibility links

“Qadın öz hüquqlarını tələb edəndə onu ‘həyasız’ adlandırırlar”


“Ölkədə qadına qarşı zorakılıq problemi var, ölkədə gender əsaslı zorakılıq var və bu da qadının cinsə görə fərqləndiyini göstərir.”

Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova Amerikanın Səsinə müsahibəsində bildirib.

Mehriban Zeynalova: “Qadınlara qarşı sterotiplər aradan qaldırılmalıdır”
please wait

No media source currently available

0:00 0:06:13 0:00

Mehriban Zeynalovanın fikrincə, qadın hüquqları prioritet olsa da, ölkədəki müəyyən stereotiplər və mental düşüncələr qadın hüquqlarının reallaşdırılmasına ciddi maneçilik törədir.

“Qadın o normaları, çərçivəni aşıb hüquqlarını tələb edəndə ona ya “həyasız” deyilir, ya da başqa bir ad qoyulur,” Zeynalova deyib.

Zeynalova bildirir ki, son zamanlar bu cür stereotiplərə qarşı mübarizə hökumət strategiyasına daxil edilməsi müsbət hallardan biridir.

Qadınların özləri arasında təşəbbüs və dəstək zəifdir.
Mehriban Zeynalova

Hüquq müdadiəçisi deyir ki, qadınların siyasətdə təmsil olunmasında heç bir məhdudiyyətlər olmasa da, müxtəlif səviyyədə vəzifələrdə qadınların sayı ürəkaçan deyil: “Maraqlıdır ki, qadınların özləri arasında təşəbbüs və dəstək zəifdir. Tutaq ki, biz öz namizədimizi təqdim edirik, onu müdafiə edirik. Bu təşəbbüs yoxdur.”

Zeynalova hesab edir ki, Azərbaycanda qadın hüquqlarının müdafiəsini Avropa standartlarına çatdırmaq üçün ölkədəki sreotiplər aradan qaldırılmalı, qadınlar əxlaq ittihamlarına qalib gəlməlidir.

“Əxlaq məsələsi qadının əleyhinə yönələn ilk mesaj olur və bununla da qadının bu günü, gələcəyi, hər şeyi məhv olur.” – deyə Zeynalova bildirir.

Öz növbəsində, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ONA saytına bildirib ki, bu gün Azərbaycan qadınları güclü siyasətə arxalanaraq çox böyük irəliləyişlərə nail olub:

"Biz deyirdik ki, qadın yalnız müəllim və həkim ola bilər. Bu gün isə texnologiyalar sahəsində, prokurorluq, məhkəmə orqanlarında və müxtəlif sahələrdə çalışan qadınlarımız var. Elə bir sahə yoxdur ki, Azərbaycan qadınları özünü orada doğrultmasın. Bu gün cənab prezident İlham Əliyevin bizə verdiyi ən vacib tövsiyə sahibkarlığın inkişafıdır. Hazırda isə Azərbaycanda sahibkarların 30 faizindən çoxu qadınlardır. Biz bu istiqamətdə işləri davam etdirməliyik, qadınları daha da gücləndirməliyik,” o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG