Accessibility links

Dünya üzrə qadınlar kişilərdən 20 faiz az qazanır


Pakistan, İran və Yaxın Şərqin digər ölkələrində ən az iş imkanları qadınlara yaradılır. Bu da həmin ölkələrdə qadınlar arasında işsizliyin yüksək olmasıyla sonuclanır. Bunu BMT-nin Beynəlxalq Əmək Təşkilatı martın 7-də açıqladığı hesabatda bildirir.

Hesabata görə, Yaxın Şərqdə qadınlar arasında işsizlik səviyyəsi kişilərinkindən iki dəfə çoxdur - uyğun olaraq 16,3 və 6,8 faizdir. Üstəlik, bu ölkələrdə qadınlar ən aşağı maaşlı, ən az bacarıqlar tələb olunan işləri görürlər.

Yaxın Şərqdə işlər ona görə cəlbedici deyil ki, maaşlar cəlbedici deyil”, - BMT-nin gender mütəxəssisi Emanuela Pozzan deyib.

Qlobal miqyasda götürəndə, qadınların yarısı, Yaxın Şərqdə 19 faizi, Cənubi Asiyada isə 28 faizi işləyir, hesabatda belə deyilir.

BMT ötən ay 144 ölkənin reytinqini açıqlamışdı, Suriya, Pakistan, Səudiyyə Ərəbistanı, Yəmən və İranın qadınlara ən az iş imkanları və işçi qüvvəsində iştirak təklif etdiyi üzə çıxmışdı.

Bu ölkələrdə eyni işi görən qadınlarla kişilərin maaşı arasındakı fərqsə azı 65 faizdir, Ümumdünya İqtisadi Forumu bildirir.

BMT-nin hesabatına görə, dünya üzrə qadınlar kişilərdən ortalama 20 faiz az qazanırlar, işsizlik səviyyəsi isə (6%) kişilərinkindən (5,2%) yüksəkdir.

BMT inkişaf etmiş ölkələrdə qadınların inkişaf etməkdə olan ölkələrdən daha yaxşı dolandığını bildirir.

XS
SM
MD
LG