Accessibility links

ABŞ-da qadınlar kişilərdən daha çox səs verir, lakin səslər oxşar deyil


Son səsvermə ilə əlaqədar araşdırmalardan məlum olub ki, qadın seçicilər demokratlar üçün heç də etibarlı səs mənbəyi deyil.

Qaradərili, latıno və Asiya mənşəli amerikalı qadınlar Demokrat Prezident Co Baydenə çoxsaylı səs versə də, ağdərili qadınların 55%-i o zaman vəzifədə olan Respublikaçı Donald Trampa, 44%-i isə Baydenə səs vermişdi.

Bu, qadınların ortaq kimliyə sahib monolit bir səs bloku olduğuna dair düşüncəyə meydan oxuyur.

Amerika Qadınları və Siyasəti Mərkəzinin (CAWP) araşdırmacı Kleyr Qotronun dediyinə görə, Amerika eletoratında qadınların xüsusi səsvermə növü yoxdur.

“Bəli, qadınlar kişilərdən daha çox Demokratlara səs verir. Ancaq irq, yaş qrupu, təhsil, dini etiqada görə ayrılmış cinsiyyət məlumatlarına baxdıqda, burada həqiqətən böyük fərq var. Məsələn, ağdərili qadınlar prezident seçkilərində ardıcıl olaraq Respublikaçılara səs verdi” - deyə o, əlavə edib.

Yenə də bütün yaş qruplarında qadınlar daha çox demokratlara səs verməyə meyllidir, ağdərili kişilərdən daha çox ağ qadınlar demokratlara səs verir.

Bundan əlavə, CAWP-nin araşdırması evli olmayan qadınların evlənməmiş kişilərə nisbətən daha yüksək nisbətdə səs verməyə meyilli olduqlarını, ancaq evli cütlüklərin bir-birlərinə olduqca yaxın bənzər nisbətlərdə səs verdiyini aşkarlayıb.

Araşdırmaya görə, burada təhsil boşluğu da var. Demoqrafik qruplar arasında savadlı seçicilər daha çox Demokratlara səs verməyə meyllidir, lakin rəngli seçicilər arasında fərq o qədər də böyük deyil.

Universitet təhsili alan ağdərili qadınların 64%-i Baydenə, 45% -i isə Trampa səs verib. Necə səs verdiklərindən asılı olmayaraq, qadınlar ABŞ seçkilərində böyük rol oynayır.

"1980-ci ildən bəri qadınlar prezident seçkilərində kişilərdən daha çox qeydiyyatdan keçib və səs verib"- deyə, Qotro bildirib.

“Ən azı son bir neçə seçkidə qadın seçicilərin sayı kişilərdən təxminən 10 milyon çox olub. Beləliklə, kişilərin ianə vermək və namizədliyini irəli sürmək kimi bəzi digər siyasi əlaqələr baxımından qadınları üstələməsinə baxmayaraq, qadınların kişiləri üstələdiyii faktdır. Ancaq bu o demək deyil ki, hamısı qadın namizədlərə səs verir”, Qotro deyib.

O bildirib ki, irq cinsiyyətdən daha güclü rol oynayır.

Qotro rəngli qadınların ABŞ seçicilərində artan gücə sahib olduğunu deyib.

Ağ olmayan insanlar 2020-ci ildə seçicilərin təxminən üçdə birini təşkil edib ki, bu da indiyə qədər ən yüksək göstəricidir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG