Accessibility links

Avropa Şurası Azərbaycanda ana ölümünün səviyyəsinin yüksək olduğunu deyir


Dekabrın 5-də Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Muyjnieks “Qadınların cinsi, reproduktiv sağlamlığı və Avropada" hüquqlar adlı hesabat dərc edib.

Hesabatda təəssüf hissi ilə qeyd edilir ki, Avropada qadınların bir hissəsi müxtəlif ölkələrin siyasətləri və qanunlarına görə, hələ də təməl qadın hüquqlarından məhrumdurlar. Sənəddə buna başlıca səbəb kimi qadınlara qarşı gender stereotiplərinin və bərabərsizliyin hələ də davam etməsi göstərilib.

Nils Muyjnieks deyib ki, dövlətlər bu hesabatda yer almış tövsiyələrə əməl olunmalı və tez bir zamanda gender bərabərliyinə mane olan əngəllər aradan qaldırmalıdır.

Avropalı komissar Avropa dövlətlərinə qadınların cinsi və reproduktiv sağlamlığını, hüquqlarını qorumaq və hörmət etmək üçün 54 tövsiyəni qeyd edib.

Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Muyjnieks
Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Muyjnieks

O, ölkələrə qadınlar üçün müasir kontraseptiv vasitələrə, təhlükəsiz abortlara ucuz və sərbəst çıxış verən sistemin yaradılmasını tövsiyə edir.

Sənəddə qeyd olunur ki, bəzi Avropa ölkələrində, xüsusilə də Albaniya, Ermənistan, Azərbaycan və Bosniya Herseqovinada qadınların müasir kontraseptiv vasitələrdən istifadəsi reytinqi bütün dünyada ən aşağı göstərici sayılır.

Hesabatın ana ölümü və xəstəlik hissəsində qeyd edilir ki, hazırda bir çox Avropa ölkələrində ana ölümü ən aşağı dərəcədədir.

2000-2015-ci illər arasında Avropada ana ölümü halları kəskin azalaraq hər 100 min doğuşda 33 ölümdən 16 ölümə enib. Buna baxmayaraq, Avropanın bir sıra yerlərində qarşısı alına biləcək ana ölümü hallarının sayı yüksək olaraq qalır. Məsələn, bir sıra ölkələrdə təxmin edilən ana ölümünün faizi regionun başqa yerləri ilə müqayisədə 25 dəfə çoxdur.

Azərbaycan, Albaniya, Ermənistan, Gürcüstan, Ukrayna və Rusiyada ana ölümü hallarının faizi hələ də yüksək həddədir.

Səhiyyə Nazirliyinin nümayəndələrinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında ana ölümü ilə bağlı 17 hal qeydə alınıb. 2015-ci ildə 24, 2016-cı ildə 22 belə hal qeydə alınıb.

XS
SM
MD
LG