Accessibility links

Qadınların yürüşü sosial hərəkata çevrilir [Video]


Qadınların yürüşü sosial hərəkata çevrilir
please wait

No media source currently available

0:00 0:02:19 0:00

Şənbə və bazar günü Birləşmiş Ştatlar və Avropanın böyük şəhərlərində qadınlar bərabərsizlik və bir sıra digər sosial problemlərə etiraz etmək məqsədilə yürüş keçirib. Çəhrayı papaqlar geyinən qadınar ilk dəfə bir il bundan öncə böyük yürüş keçirib. O zaman onlar ABŞ prezidenti Donald Trampın qələbəsinə və onun qadınlar və azlıqlara qarşı rəftarına etiraz etmək üçün nümayiş keçirib. Bu il isə yürüş edənlər bunu bir sıra sosial haqsızlıqlara qarşı mübarizə hərəkatına çevirmək niyyətindədir.

Mənim çox sayda dostum artıq Meksikaya göndərilib. Mən onlara görə kədərlənirəm. Mənin dostlarım qaradərilidir və onlara qarşı pis rəftar olunur. Tramp bizə bunu edə bilməz. Biz buna icazə verməyəcəyik
Dayən Pollinq

Bazar günü minlərlə qadın Las Veqasda qadınların yürüşündə iştirak edib. Lakin bu həftə sonu digər şəhərlərdə keçirilən nümayişlərdən fərqli olaraq, Las Veqasda keçirilən aksiyada diqqət seçiciləri, xüsusilə də qadınları bu il keçiriləcək mühüm Konqres seçkilərində iştirak etməyə çağırmağa yönəlib.

“Elə insanlar var ki, onlar artıq qeydiyyatdan keçib, amma ünvanlarını və ya siyasi partiyalarını dəyişdiklərini unudub. Nevada bağlı praymerisi olan ştatdır, ona görə də iyunda praymeridə iştirak etmək üçün bir partiyada qeydiyyatdan keçməlisən,” deyə Silver State Voices-dən Emili Zamora bildirib.

Etirazçılar deyir ki, qarşıdan gələn seçkilərdə qadın haqları ilə yanaşı, əlverişli sağlamlıq sığortası, azlıqların haqları və immiqrasiya qanunları kimi məsələlərin aqibəti həll olunacaq.

Dayən Pollinq Las Veqas yürüşündə iştirak etmək üçün Ohayonun Deyton şəhərindən gəlib.

“Mənim çox sayda dostum artıq Meksikaya göndərilib. Mən onlara görə kədərlənirəm. Mənin dostlarım qaradərilidir və onlara qarşı pis rəftar olunur. Tramp bizə bunu edə bilməz. Biz buna icazə verməyəcəyik,” o deyir.

Ötən il Donald Trampın ABŞ-ın 45-ci prezidenti olaraq inaqurasiyasından bir gün sonra Vaşinqtonda böyük etirazlar baş tutdu. Bir çox qadın Trampın qadınlara qarşı münasibətini təhqiramiz olaraq görürdü və bu administrasiyanın onların azadlıqlarını məhdudiyyətləşdirməsinə icazə verməməyə qərar verdi. Həmin nümayişlər Birləmiş Ştatlardan kənara da yayıldı və bu il Avropanın London kimi bir çox böyük şəhərlərində qadınlar yenidən küçələrə axışdı.

“Eyni maaş almaq. Bu, bizim hələ də uğrunda mübarizə apardığınız vacib məsələdir. Bir çox qadın buna görə işdən çıxıb. Biz qadınlara daha çox maaş verməliyik,” deyə bir etirazçı qadın bildirib .

Vaşinqtonda isə bir etirazçı Amerikanın Səsinə deyib ki, nümayişlər dəyişikliyə gətirib çıxarır.

“Biz ötən ilki nümayişdən sonra bir çox qadının müxtəlif vəzifələr üçün namizədliklərini irəli sürdüyünün və onların çoxunun qələbə qazandığının şahidi olduq. Biz respublikaçıların çoxluq təşkil etdiyi Alabamada demokrat senator seçdik. Məncə bunların hamısı son 12 aydır davam edən hərəkatın nəticəsidir,” deyə Aleks Qonzalez bildirib.

Ötən ay Alabamada ABŞ senatındakı yer uğrunda mübarizədə respublikaçı namizədin məğlub olması ilə Senata daha bir demokrat qanunverici əlavə olundu. Respublikaçı namizədin məğlubiyyətinə isə qadınlar, gənclər və qaradərili seçicilər gətirib çıxardı.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG