Accessibility links

Qafqaz Müsəlmanları İdarəsinin sədri Roma Papası ilə görüşəcək


Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Roma Papası Frensisklə görüşəcək. Görüş Vatikanda baş tutacaq.

Qafqaz Müsəlmanları İdarəsinin məlumatında deyilir ki, bu məqsədlə yanvarın 12-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Vatikana səfərə yola düşəcək.

Məlumata görə, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların təmsil olunduğu nümayəndə heyətinə Azərbaycan dağ yəhudiləri icmasının başçısı Melix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy Nikonorov və Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti Yepiskop Vladimir Fekette daxildir.

Səfər çərçivəsində nümayəndə heyətinin Roma Papası Frensisklə, habelə digər rəsmi şəxslərlə görüşləri gözlənilir.

Qafqaz Müsəlmanları İdarəsi bildirir ki, görüşlərdə Azərbaycanın azad edilmiş ərazilərində dini məbədlərin, kilsə və məscidlərin yenidən qurulması sahəsində görülmüş işlər haqda ətraflı danışılacaq, multikultural həyat tərzi barədə fikir mübadiləsi aparılacaq.

Səfər yanvarın 17-sinə kimi davam edəcək.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Böyük Britaniya Kyivdəki səfirlik işçilərini geri çağırıb
please wait

No media source currently available

0:00 0:13:02 0:00
XS
SM
MD
LG