Accessibility links

Azərbaycan - Mərkəzi Asiya əlaqələri müzakirə edilib


Bakıda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi “Azərbaycan - Mərkəzi Asiya əlaqələri: inkişaf, əməkdaşlıq və ortaq çağırışlar” mövzusunda konfrans keçirib. Forumda Azərbaycan. Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Çin araşdırma mərkəzlərinin rəhbərləri və ekspertlər iştirak edib.

Müzakirələrin əsas foksu Rusiyanın Ukraynaya təcavüzündən sonra region dövlətlərinin milli təhlükəsizliyi, qlobal təhlükələrə qarşı mübarizə, Avropaya inteqrasiya, enerji siyasəti, Əfqanıstan müharibəsindən sonra regionda münasibətlər, Rusiya dominantlığına qarşı birgə çağırışlar, iqtisad-ticarət əlaqələri, nəqliyyat infrastrukturunun qurulması üzərində cəmləşib.

“Mərkəzi Asiya ölkələri Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Bizim təhlükəsizlik, enerji münasibətləri, nəqliyyat sahəsində ümumi maraqlarımız var.

Fərhad Məmmədov: Əfqanıstan müharibəsindən sonra Mərkəzi Asiya qlobal mənada daha aktualdır.

”Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov bildirib.

Konfransda Xəzər dənizinin şərq və qərb sahilində yerləşən dövlətlərin enerji infrastrukturunun əhəmiyyəti qeyd edilib. Bu iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə təkan verəcək.

Rəsul Həbibbəyli: Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınması isə London-Pekin dəmiryolunu tamamlayacaq.

“Mərkəzi Asiya Azərbaycan üçün şərqə açılan qapı, Azərbaycan isə Mərkəzi Asiya üçün qərbə körpüdür. Mərkəzi Asiya ölkələrinin şərq, Azərbaycanın isə qərb istiqamətində şaxələnmiş enerji infrastrukturu var. Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınması isə London-Pekin dəmiryolunu tamamlayacaq”, Azərbaycan Prezident Administrasiyasının bölmə müdiri Rəsul Həbibbəyli qeyd edib.

Qafqaz və Mərkəzi Asiya regionu
Qafqaz və Mərkəzi Asiya regionu

Regionun təhlükəsizlik məsələləri ətrafında danışan ekspertlər Ukrayna-Rusiya münasibətlərinin regionda yeni təhlükəsizlik çağırışları yaratdığını bildirib.

Farxod Tolipov: Regionda keçid dövrü başa çatmaqdadır və status-kvo dəyişir. Bu Rusiyanın dominantlığının başa çatması deməkdir.

“Regionda keçid dövrü başa çatmaqdadır və status-kvo dəyişir. Bu Rusiyanın dominantlığının başa çatması deməkdir. Belə bir zamanda Mərkəzi Asiya, Cənubi Qafqaz ölkələri və Türkiyə regional mövqelərinin möhkəmləndirilməsi üçün təhlükəsizlik, iqtisadi və mədəni sahədə qarşılıqlı etimada əsaslanan uzun müddətli perspektivləri olan əməkdaşlıq qurmalıdır. Bu dövlətlər həm də beynəlxalq təşkilatlarda səylərini birləşdirməlidir ”, Özbəkistanın “Bilik Karvanı” Araşdırmalar Mərkəzinin direktoru Farxod Tolipov qeyd edib.

Bu zaman GUAM-ın rolu xüsusi qeyd edilib. Tolipov Özbəkistanın GUAM-da üzvlüyünü bərpa edəcəyini də düşünür.

GUAM vacib platforma kimi əhəmiyyətini saxlamaqdadır.

“GUAM vacib platforma kimi əhəmiyyətini saxlamaqdadır. GUAM əvvəlki mövqelərində Rusiyanın diplomatik platformasını nəzərə alırdısa, artıq keçid dövründən sonra bu təşkilatın məzmununa demokratiya anlayışı əlavə olunub. Regionda Rusiyanın iştirakı olmayan TASİS layihəsi də var”, o qeyd edib.

Ekspertin fikrincə, Bakı-Tbilisi-Ceyhan layihəsi regionun iqtisadi-geosiyası əhəmiyyətini dəyişdirib.

Bu ilin avqustunda Azərbaycan, Türkiyə, Gürcüstan rəhbərlərinin müdafiə sahəsində əməkdaşlıqla bağlı razılığa gəlməsi regionda keçid dövrünün başa çatması deməkdir.

“Bu ilin avqustunda Azərbaycan, Türkiyə, Gürcüstan rəhbərlərinin müdafiə sahəsində əməkdaşlıqla bağlı razılığa gəlməsi regionda keçid dövrünün başa çatması deməkdir. Türkiyə regional mərkəzə çevrilməkdədir”, Tolipov vurğulayıb.

Bu baxımdan Daşkənd-Bakı-Kiyev təhlükəsizlik oxunun (Alma-Ata da buraya qoşulacaq) yaranmasına Rusiya əks reaksiyalar verəcək.

Ekspertlər Rusiyanın Avrasiya İttifaqı platformasını regiondakı mürəkkəb evolyusiyanın çətin göstəricisi kimi xarakterizə edib. Yeni baxışlar Rusiyanın dominantlıq etdiyi Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizliyi qəbul etmir. “Bu baxımdan Daşkənd-Bakı-Kiyev təhlükəsizlik oxunun (Alma-Ata da buraya qoşulacaq) yaranmasına Rusiya əks reaksiyalar verəcək. Burada daxili milli-etnik baxışlar və münaqişələrdən istifadəsi edilməsi reallıqları var. Belə ki, Mərkəzi Asiya ölkələri və Azərbaycan türk dillidir, Ermənistan isə Kollektiv Təhlükəsizlik Sazişinin üzvüdür. Mərkəzi Asiya və Azərbaycanın NATO-ya inteqrasiyası Rusiyanı qıcıqlandırır.

Artıq Daşkənddə də NATO-nun ofisi açılıb.

“Effektiv təhlükəsizlik regional əməkdaşlığın əsasını təşkil edə bilər. NATO-Qafqaz, NATO-Mərkəzi Asiya əməkdaşlığını Rusiya özü üçün əsas təhlükə sayır. Artıq Daşkənddə də NATO-nun ofisi açılıb. Belə ki, Rusiya-Ukrayna münaqişəsi region dövlətlərini Avrasiya İttifaqı ilə Avropa təhlükəsizliyi arasında seçim etməyə məcbur etdi. Amma region dövlətləri də NATO-ya inteqrasiyanın Rusiya təhlükəsinə qarşı birlik və ya milli təhlükəsizlik platforması olmasını ayırd etməlidiri”, Tolipov bildirib.

Bu il oktyabrın 28-də həftədə iki dəfə olmaqla Bakı-Bişkek-Bakı təyyarə reysi açılacaq.

Çıxışlarda Azərbaycan-Türkmənistan, Azərbaycan-Qırğızıstan, Azərbaycan-Tacikistan əlaqələrinin perspektivlərinə toxunulub. Ekspertlər Bakı-Tbilisi-Qars dəmir yolunun regionun ticarət-iqtisadi əlaqələrinə yeni təkan verəcəyini bildirib. Eyni zamanda ekspertlər Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin zəif olduğunu qeyd edib. Birgə biznes forumların, iqtisadi layihələrin, investisiyaların təşviqinin vacibliyinə diqqət çəkiblər.

SAM-ın tədbiri
SAM-ın tədbiri

Bu il oktyabrın 28-də həftədə iki dəfə olmaqla Bakı-Bişkek-Bakı təyyarə reysi açılacaq.

Ekspertlər həmçinin Qafqazdan başlayaraq Çinə qədər böyük bir ərazidəki münaqişə mənbələrindən danışıb.

“Krımın ilhaqı Rusiyanın region dövlətləri ilə yaxşı əlaqələr qurması barədə xülyaları alt-üst etdi”, Türkiyənin Atılım Universitetinin professoru Hasan Ali Karasar bildirib.

Onun fikrincə, regionda çoxsaylı simmetrik və qeyri-simmetrik təhlükələr qalmaqdadır.

Hasan Ali Karasar: Simmetrik təhlükələrə hərbi qüvvələr, silahlar arasında balansın olmaması, sərhədlərin delimitasiyası aiddir.

“Simmetrik təhlükələrə hərbi qüvvələr, silahlar arasında balansın olmaması, sərhədlərin delimitasiyası aiddir. Bəzi dövlətlər silahlanmaqda davam etməkdədir. Regionda adambaşına düşən silahların sayına görə ən çox silahlanan ölkə Ermənistandır. Qeyri-simmetrik təhlükələr isə radikalizmi, əhali arasında təbəqələşmənin kəskin fərqi, milli-etnik qarşıdurmalar, ekologiya (Aral, Urmiyə gölləri), anklavların statusu, demokratiya, insan hüquqları və dövlət təhlükəsizliyi arasındakı ziddiyyətlərdir ”, Karasar qeyd edib.

Onun fikrincə radikal cihadizmi qlobal təhlükəsizliyin əsaslarını təşkil edir.

Əfqanıstan, Suriya və İraq hazırda qlobal təhlükələrin mərkəzində durur. Bu ölkələrdə döyüşənlər region dövlətlərinə yayılacaq və radikal cihadizmi özləri ilə daşıyacaq.

“Əfqanıstan, Suriya və İraq hazırda qlobal təhlükələrin mərkəzində durur. Bu ölkələrdə döyüşənlər region dövlətlərinə yayılacaq və radikal cihadizmi özləri ilə daşıyacaq. Bu nəinki dövlətlər, hər bir insan üçün təhlükə mənbəyidir. Radikalizmin qarşısı anti-hərəkətlərlə, sanksiyalarla deyil, danışıqlarla alınmalıdır. Tarixi təcrübə göstərir ki, sanksiyalar və anti-hərəkətlər durumu daha da ağırlaşdırır”, Atılım Universitetinin professoru bildirib.

XS
SM
MD
LG