Accessibility links

Cənubi Qafqaz ölkələrində KİV-in müstəqilliyi problemləri müzakirə edilib


Cənubi Qafqazda media problemləri müzakirə edilib
Cənubi Qafqazda media problemləri müzakirə edilib

Cənubi Qafqaz ölkələrində KİV-in müstəqilliyi problemləri müzakirə edilib

Gürcüstanın paytaxtında “Cənubi Qafqaz ölkələrində KİV-in müstəqilliyi problemləri” mövzusunda növbəti vətəndaş dinləmələri keçirilib.
Turan agentliyinin məlumatına görə, forumda Teymur Maqsudov (Azərbaycan), Yuri Manvelyan (Ermənistan), Nino Capiaşvili (Gürcüstan) çıxış edib.
Gürcüstan nümayəndəsi ölkədə KİV-in müstəqilliyi problemlərindən danışıb. “Tsxeli şokoladi” jurnalının redaktorunun sözlərinə görə, oktyabrda keçiriləcək parlament seçkiləri Gürcüstan KİV-lərinin güclü və zəif tərəflərinin, azadlıq səviyyəsinin üzə çıxarılması üçün “ekstremal əlverişli” şərait olacaq.
Qafqaz İnformasiya Resursları Mərkəzinin (CRRC) məlumatına görə, əhalinin 88%-i informasiyanı TV-dən, 2%-i çap nəşrlərindən, 1%-i radiodan və cəmi 5%-i İnternet-resurslardan alır, deyə Capiaşvili bildirib.
Azərbaycanda KİV-in müstəqilliyi sahəsində problemlər barədə “Exo” qəzetinin jurnalisti Teymur Maqsudov danışıb. Onun sözlərinə görə, Azərbaycan mediasında sözün əsl mənasında söz azadlığına rast gəlmək çətin məsələdir. Səbəblər çoxdur: bütün digər sahələrdə olduğu kimi, burada da inhisar var. İkincisi, nəşrlərdən heç birini tam mənada müstəqil adlandırmaq olmaz.
Son vaxtlar xüsusi xidmət orqanlarının İnternetə nəzarəti ilə bağlı çox söz açılır. Artıq 5 ildir ki, MTN-in İnternetə tam nəzarət etməsi zərurəti müzakirə olunur, deyə Maqsudov bildirib.
Ermənistanda KİV problemləri barədə epress.am İnternet-nəşrinin redaktoru Yuri Manvelyan danışıb. Jurnalistikaya və jurnalistlərə təzyiq ümumi sxem üzrə həyata keçirilir. Bu sxem “evdə olan söhbət bayıra çıxmasın”, “Ermənistanın reytinqini azaltmayın”, “faktlara göz yumun, onları düzəldin, çünki düşmən bundan istifadə edə bilər”, “düşmən qonşumuz olduğu bir şəraitdə jurnalistikaya hüququmuz yoxdur”, “müstəqil media ideyası kənardan diktə olunur”, tezislərinə əsaslanır.
“Bizim mentalitet azlıqların problemlərini, ailədə zorakılığı, insanların bərabər hüquqluluğunu, hakimiyyətin demistifikasiyasını, tarix və mədəniyyətin demifologizasiyasını, müharibə haqqında həqiqətləri səsləndirməyə uyğunlaşmayıb - bu problemlər ümumiyyətlə yoxdur, onlar uydurmadır”, deyə o bildirib.
Tədbir Milli Demokratiyaya Yardım Fondunun (NED) dəstəyi ilə həyata keçirilən “İnsan Hüquqları üzrə rəmzi Qafqaz Məhkəməsi və Qafqaz ölkələrində demokratiya ilə bağlı vətəndaş dinləmələri” proqramı çərçivəsində keçirilib. Proqramın müəllifi və direktoru professor Niyazi Mehdidir (Azərbaycan). Təşkilatçılar Vətəndaş Cəmiyyəti naminə Qadınlar Alyansı (Azərbaycan), Qafqaz Sülhməramlı təşəbbüslər Mərkəzi (Ermənistan), Qafqaz Vətəndaş Dinləmələri Mərkəzidir (Gürcüstan).

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG