Accessibility links

Qahirədə sərnişin qatarı qəzaya uğrayıb: Ölənlər var


Misir mətbuatı yazır ki, Qahirənin əsas dəmir yolu stansiyasında sərnişin qatarının platformaya dəyməsi nəticəsində azı 25 adam ölüb, onlarla insan xəsarət alıb.

Toqquşma nəticəsində yanacaq bakından platformaya dağılan benzin yanğına səbəb olub.

Ramsis stansiyasında baş verən qəzanın yaratdığı yanğın ön vaqonların tamamilə yanması ilə nəticələnib.

Sərnişinlər və stansiyada olan adamlar ciddi yanıq xəsarətləri alıb.

Təhlükəsizlik kameraları yanan insanları qeydə alıb. Alov içərisində olan insanlar yıxılmazdan əvvəl qaçarkən lentə alınıb. Xilas dəstələri xəsarət alanların ağır vəziyyətdə olduğunu bildirib.

Səhər saatlarında baş verən qəzaya çoxsayı yanğınsöndürən və xiilasedicilər cəlb edilib.

Yanan vaqonlarda yanğın söndürülərkən içəridə qalanların yandığı güman edilib.

Hadisə yerində olan baş nazir Mustafa Madboli müxbirlərə deyib ki, qəzaya nəyin səbə olduğu araşdırılır.

O, baş verənlərin gizlədilməsi erasının başa çatdığını və hökumətin qəzanın səbəbləri və səbabkarlarının aşkar edilməsi üçün bütün səylərə əl atacağını bildirib.

Şahidlərin dediyinə görə, Qatar stasiyaya yaxınlaşdıqda sürətini azaltmayıb.

Misirin dəmir yollarında qəzalar əyləc nasazlığı, siqnalların işləməməsi, relslərdəki probemlərə görə tez-tez baş verir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG