Accessibility links

Qahirədəki İtaliya konsulluğuna qarşı hücum olub


Misir rəsmiləri deyir ki, Qahirədəki İtaliya konsulluğu binası qarşısında hüclü partlayış nəticəsində 1 nəfər həlak olub, 4 nəfər isə yaralanıb.

Ciid ziyan dəyən konsulluq binasını partlayış nəticəsində boru xəttinin partlaması ilə su basıb.

Rəsmilər hadisənin avtomobilin partladılması nəticəsində baş verdiyini ehtimal edir və güman edirlər ki, binanın qarşısındakı avtomobillərdən birinə yeşlədirilən partlayıcılar uzaqdan idarə olunan cihazla işə salınıb.

Səhər saatlarında, hələ konsulluq xidməti fəaliyyətə başlamamış həyata keçirilən hücumun məsuliyyətini hələlik heç kim öz üzərinə götürməyib.

İtaliya xarici işlər naziri Paolo Gentiloni deyib ki, İtaliyanı belə hücumlarla qorxutmaq mümkün deyil. Onun sözlərinə görə, hadisə zamanı heç bir italiyalı xəsarət almayıb.

XS
SM
MD
LG