Accessibility links

Əfsanəvi Qalina Vişnevskaya əbədiyyətə qovuşdu [Fotoqalereya]


Rus opera səhnəsinin əfsanəsi, böyük şəxsiyyət, Mstislav Rostropoviçin həyat yoldaşı Qalina Vişnevskaya 86 yaşında dünyasını dəyişib. Rus qadınının simvolu kimi tanınan Qalina Vişnevskayanın keçdiyi həyat yolu 20-ci əsr Rusiya tarixinin ən mühüm mərhələlərini əks etdirir.

Qalina Vişnevskaya 1926-cı ildə Leninqradda anadan olmuşdur. O, uşaqlıq illərini Kronştadtda keçirmiş, 14 yaşında Leninqrad blokadasının nə olduğunu öyrənmişdir. 1942-ci ildə blokadada ona valideynlik etmiş nənəsini itirdikdən sonra Qalina Vişnevskaya tək qalmış, sonra hərbi hava müdafiə qüvvələrində xidmət etmişdir.

Qalina Vişnevskayanın səsi ona təbiətdən verilmişdi. Hələ İkinci Dünya müharibəsi dövründə o, vokal sənətinə maraq göstərib, müharibə qurtarandan sonra səhnə həyatına başlamışdır.

Qalina Vişnevskayanın opera karyerası Leninqrad filarmoniyasının səhnəsindən başlayıb dünyanın ən mötəbər səhnələrinə kimi triumf dolu bir yol keçmişdir. 1950-1960-cı illərdə Qalina Vişnevskayanın ecaskar səsi Londonun Kovent Qarden, Milanda La Skala və Nyu-Yorkda Metropoliten Operanın səhnələrindən gəlməyə başlamışdır.

1960-cı illərdə Qalina Vişnevskaya dünya opera səhnəsinin ulduzu səviyyəsinə yüksəlmişdi. O, dünya opera sənətinin “Aida”, “Yevgeni Onegin”, “Toska”, “Madam Batterflay” kimi şah əsərlərində əsas partiyaların təkrarolunmaz icaçısı olmuşdu.Qalina Vişnevskaya o vaxt dünya musiqisinin daha bir ulduzu olan violençelist Mstislav Rostroviçlə ailə həyatı qurmuşdu. Rus-sovet mədəniyyətini təmsil edən Vişnevskaya və Rostroviçlə Sovet İttifaqının hökuməti arasında münaqişə də onların şöhrətin yüksək zirvəsində olduqları zamanı baş vermişdi.

SSRİ hökuməti görkəmli rus yazıçısı Aleksandr Soljenitsını təcrid etdiyi zaman Qalina Vişnevskaya və Mstislav Rostroviç onun müdafiə qalxır və Moskva ətrafındakı bağ evində ona sığınacaq verirlər. Soljenitsını müdafiə aksiyasının bir hissəsi kimi onlar SSRİ Kommunist parttiyasının lideri Leonid Brejnevə məktub göndərirlər. Bu məktubdan sonra Sovet dövləti iki görkəmli şəxsiyyəti təqib kampaniyasına başlayır. Bir zamanlar Böyük Teatrın prima müğənnisi olan Vişnevskayanın səhnəyə çıxmasına ivazə verilmir, onun və Rostropoviçin xarici ölkələrə qastrol səfərlərinin qarşısı alınır.


Qalina Vişnevskaya
please wait
Embed

No media source currently available

0:00 0:00:53 0:00


1974-cü ildə Qalina Vişnevskaya və Mstislav Rostropoviç Sovet İttifaqını tərk etmək haqda qərar verirlər. Onlar əvvəlcə Amerika Birləşmiş Ştatları, sonra isə Fransaya gedirlər.1978-ci ildə onlar sovet vətəndaşlığından məhrum edilirlər. Bu qərar 1990-cı ildə ləğv edilir və onlar həmin vətənə, artıq tamamilə başqa bir ölkəyə qayıdırlar.

Qalina Vişnevskaya və Mstislav Rostropoviçin həyatının mühüm bir hissəsi Azərbaycan və Bakı ilə sıx bağlıdır. 1927-ci ildə Bakıda anadan olan Mstislav Rostropoviç təqib illərinin ardınca vətənə qayıtdıqdan sonra 1997-ci ildə Bakıya gəlmiş və 70 illik yubiliyni burada qeyd etmşdir. Bundan sonra Mstislav Rostropoviç Qalina Vişnevskaya ilə birlikdə dəfələrlə Bakıda səfərdə olmuşdur.

1997-ci ildə yaradılmış Rostropoviç Fondu Bakıda hər il beynəlxalq musiqi festivalları keçirir. Dekabrın 10-da Bakıda Rostropoviç adına beynəlxalq musiqi festivalından qayıdan fondun prezidenti Olqa Rostropoviç Qalina Vişnevskaya ilə Bakı təəssüratları ilə bölüşmüşdür. Bu, onların son söhbəti olmuşdur.


XS
SM
MD
LG