Accessibility links

Bəzi media vasitələri deputatın evindən silah-sursat tapıldığını yazır


Qalib Salahzadə
Qalib Salahzadə

“Bu gün evimdə axtarış aparılması, silah-sursat tapılması haqda yayılan xəbərlər mənə qarşı təxribatdır. Mənim evimdə hər hansı axtarış aparılmayıb və silah-sursatda tapılmayıb”, deputat Qalib Salahzadə bu sözlərlə Bilgəhdəki evində axtarış aparılması və silah -sursat tapılması haqda xəbərləri Turan agentliyinə təkzib edib.

Onun fikrincə, bütün bunların arxasında hansısa qara niyyətlər durur və kimlərsə ölkə rəhbərliyində onun barəsində mənfi fikir yaratmaq istəyir.

Xatırladaq ki, mayın 15-də bir sıra yerli media vasitələri Şeyxülislam Allahşükür Paşazadənin qohumu Qalib Salahzadənin evindən silah-sursat tapılması barədə məlumatlar yayıb.

Rəsmi orqanlar bu xəbərlərə şərh verməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG