Accessibility links

Qan təzyiqi hər iki qolda ölçülməlidir (Video)


Qan təzyiqi hər iki qolda ölçülməlidir (Video)
Qan təzyiqi hər iki qolda ölçülməlidir (Video)

Adətən həkimlər xəstə müayinəsini qan təzyiqinin ölçülməsi ilə başlayır. Son araşdırmalardan məlum olub ki, bu, çox hallarda düzgün yolla edilmir. Səhv nəticə xəstələrin həyatını risk altına alır.

Kardioloq Oskar Qarfin xəstələrinin qan təzyiqini hər iki qolları ilə ölçür. Bu texnika onun xəstələrinin bir necəsinin həyatını xilas edib. Doktorun dediyinə görə, bir qolda qan təzyiqinin aşağı, digərində normal olması ona xəstəni ölümcül vəziyyətdən çıxarmağa əsas vermişdi.

Oskar Qarfinin bu metodu son araşdırmalarla da təsdiq edlib. Qollar arasında qan təzyiqi fərqi infark, iflic, beynin qanla normal təmin edilməməsi və bir sıra digər problemlərin göstəricisidir. Bu həm də xəstələrin infarkt və ya iflic səbəbi ilə ölüm riskinin 70 faiz artıq olduğu deməkdir.

Damar xəstəlikləri erkən mərhələdə müəyyən edildikdə, ölüm riskini aradan qaldırmaq olar. Doktor Qarfin risk faktorlarının yüksək qan təzyiqi, yüksək xolesterol, siqaret çəkmək olduğunu deyir.

İndi kardioloqların əksəriyyəti qan təzyiqini iki qolla ölçür. Son araşdırmaların nəticəsindən məlum olub ki, göstəricilərin özləri deyil, onlar arasındakı fərq nəzərə alınmalıdır. Bir dəqiqə əlavə vaxt sərf etməklə həyati əhəmiyyiəti olan bir fakt ortaya çıxarıla bilər.

XS
SM
MD
LG