Accessibility links

Qanada vitse-prezident and içib


Ölkə prezidentinin vəfatı bəyan edildikdən bir neçə saat sonra vitse-prezident səlahiyyətləri təhvil alib

Qananın vitse-prezidenti çərşənbə axşamı qəflətən vəfat edən prezident Con Atta Milsin səlahiyyətlərini yerinə yetirəcək.

Rəsmilər cənab Milsin vəfatını bəyan etdikdən bir neçə saat sonra vitse-prezident Con Dramani Mahama and içib.

Qanada prezident seçkilərinin dekabrda keçiriləcəyi gözlənilir.

Demokratik idarəçilik İnstitutunun icraçı direktoru, siyasi şərhçi Emanuel Akvetey Amerikanın Səsinə müsahibəsində Milli Demokratik Konqres partiyasının öz namizədi kimi cənab Mahamanı göstərəcəyini deyib. O, Mahamanın mərhum prezidentlə birgə kampaniya apardığını vurğulayaraq, seçkilərə az vaxtın qaldığını deyib.

O həmçinin əsas müxalifət partiyası olan Yeni Vətənpərvər Partıyanın seçki kampaniyasını mərhum prezidentə hörmət əlaməti olaraq və xalqın birliyi naminə dayandırdığını deyib.
Prezident aparatı verdiyi məlumatda bildirilir ki, xəstələndikdən bir neçə saat sonra 68 yaşlı cənab Mils “qəfil və vaxtsız ölüm” nəticəsində vəfat edib.

Prezident Barak Obama öz xalqının həyat şəraitini və insan haqlarını yaxşılaşdırmaq səylərinə görə cənab Millsin ruhuna hörmətini bildirib.

2008-ci ildə keçirilən prezident seçkilərində az səs fərqi ilə qalib gələn prezident Mils 2009-cu ilin yanvar ayından bəri Qanaya rəhbərlik edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG