Accessibility links

Qantz Netanyahu ilə görüşü təxirə salıb


İsrail ordusunun sabiq başçısı Benni Qantz çərşənbə günü baş nazir Benyamin Netanyahu ilə görüşü təxirə salıb.

Qantz danışıqların ilkin şərtlərinin yerinə yetirilmədiyni deyib, amma görüşün bu həftənin başqa bir gününə təyin oluna biləcəyini də söyləyib.

Netanyahunun Likud partiyası Qantzın danışıqları təxirə salmaq qərarının onları təəccübləndirdiyini bildirib və onu məsuliyyətli olmağa və yeni seçkinin keçirilməsinin qarşısını almağa çağırıb.

Qantzın Mavi və Ağ partiyası ötən ay keçirilən parlament seçkisində 33 yer, Likud isə 32 yer qazanıb.

Bu, bu il artıq ikinci seçkidir ki, heç bir partiya koalisiya höküməti yaratmaq üçün kifayət qədər səs toplamayıb.

İsrail prezidenti Ruven Rivlin Netanyahunu koalisiya höküməti yaratmağa çalışmağa çağırıb. Netanyahu koalisiya yarada bilsə, İsrailin ən uzun müddət vəzifədə olan baş naziri rekordunu qıracaq.

Lakin Qantz deyib ki, o, Netanyahunun başçılıq etdiyi hökümətdə yer almağı rədd edir.

Baş nazirin vəkilləri çərşənbə günü baş prokuror Aviçai Mandelblitlə bağlı qapılar arxasında görüş keçirəcək. Onlar Netanyahuya qarşı ittihamların irəli sürülməsinin qarşısını almağa çalışır.

Netanyahu yeni hökümət yaratmaqda müvəffəq olmasa, belə görünür Rivlin ya Qantzı yeni hökümət yaratmağa, ya da parlamenti yeni baş nazir seçməyə çağıracaq.

XS
SM
MD
LG