Accessibility links

Cinayət Məcəlləsinə 300 dəyişklik nəzrədə tutan qanun qəbul edilib


Cinayət Məcəlləsi
Cinayət Məcəlləsi

Prezident İlham Əliyevin Milli Məclisə göndərdiyi “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi parlamentin oktyabrın 31-də keçirilən plenar iclasında qəbul edilib.

Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişikliyi nəzərdə tutan sənəd məcəllədən bir sıra maddələrin çıxarılmasını nəzərdə tutur. Cinayət tərkiblərinin Cinayət Məcəlləsindən çıxarılması yolu ilə bu əməllər dekriminalaşdırılıb. Belə əməllərin sayı 15-dir. Bunlar, əsasən, mülkiyyət əleyhinə cinayətlər və ehtiyatsızlıqla törədilən cinayətlərdir.

Məcəlləyə “azadlığın məhdudlaşdırılması” cəzası əlavə edilib. Azadlığın məhdudlaşdırılması və digər bu kimi cəzalar bütövlükdə 152 maddənin sanksiyasına daxil edilib.

Dəyişikliklərə görə 18 cinayət az ağır cinayətlər kateqoriyasından böyük təhlükələr törətməyən kateqoriyaya, eyni zamanda 4 cinayət ağır kateqoriyadan az ağır kateqoriyaya keçirilib.

Hüquq sahəsi üzrə ekspertlər Cinayət Məcəlləsinə yeni dəyişiklikləri dəstələyir və ölkədə məhbusların sayının kəskin azalmasına səbəb olacağını düşünür. Eyni zamanda eksperlər hesab edir ki, məhkəmə və qanunvericilik islahatları davam etdirlməlidir. Ekspertlər Cinayət Məcləlləsinin digər bir sıra maddələrinin, o cümlədən təhqir, böhtan, şərəf və ləyaqətin alçaldılması maddələrinin dekriminallaşdırlmasının vacibliyini qeyd edir.

XS
SM
MD
LG