Accessibility links

Prezident nümayəndəlik institutunun ləğvini nəzərdə tutan qanunu imzalayıb


Məhkəmə
Məhkəmə

Prezident İlham Əliyev "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna, Mülki Prosessual Məcəllə və İnzibati Prosessual Məcəlləyə dəyişikliklərin edilməsi barədə qanunu imzalayıb.

Düzəlişlər 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Düzəlişlərin mahiyyəti odur ki, məhkəmələrdə nümayəndəlik institutu ləğv olunur. Vətəndaşları məhkəmələrdə ancaq peşəkar vəkillər - Vəkillər Kollegiyasının üzvləri təmsil edə bilər. Fiziki şəxslərin yaxın qohumları istisna ola bilər.

Məhkəmələrdə hüquqi şəxsləri ancaq onların ştatda olan hüquqşünasları təmsil edə bilər.

Bu düzəlişlər hüquq ictimaiyyətinin və vətəndaş cəmiyyətinin tənqidinə səbəb olub. Ölkədə 10 milyona yaxın vətəndaşın hüquqlarını Vəkillər Kollegiyasının üzvü olan cəmi 935 vəkil müdafiə edəck.

Xatırladaq ki, Azərbaycan məhkəmələri il ərzində 350 minə yaxın mübahisə barədə qərara qəbul edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG