Accessibility links

Qanunsuz silahlı dəstədə döyüşməkdə günahlandırılan şəxs Azərbaycana ekstradisiya edilib


Rusiyadan ekstradisiya edilən şəxs
Rusiyadan ekstradisiya edilən şəxs

Azərbaycan vətəndaşı Faliq Vəliyev beynəlxalq axtarışa dair qarşılıqlı hüquqi yardım proseduru çərçivəsində Rusiya ərazisində saxlanılaraq avqustun 27-də Azərbaycana ekstradisiya olunub.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatında deyilir.

Məlumatda deyilir ki, Faiq Vəliyevin xarici xüsusi xidmət orqanları tərəfindən kəşfiyyat-təxribat xarakterli təlimlərə cəlb edilməsinə, fərdi ləqəb altında ölkə hüdudlarından kənarda ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faliq Vəliyev Azərbaycan Cinayət Məcəlləsinin 12.1, 218.2 (cinayətkar birlikdə (təşkilatda) iştirak etmə), 12.3, 214-3.1-ci (terrorçuluq məqsədi ilə Azərbaycan Respublikasından kənarda təlim keçmə) və 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarış elan edilib.

DTX Faiq Vəliyevin hansı xarici ölkə kəşfiyyat orqanı tərəfindən təlimlərə cəlb edildiyi, hansı öllkədə qanunsuz silahlı dəstələrin tərkibində olduğu barədə məlumat vermir.

Bununla yanaşı, Faiq Vəliyevin vəkili, ailə üzvləri onun saxlanılması və eksdradisiyası ilə bağlı hələ açıqlama verməyib.

Azərbaycanda xarici ölkələrdə qanunsuz silahlı birləşməmələrə qoşulan və sonradan həbs edilərək məhkəmə qarşısına çıxarılan Azərbaycan vətəndaşlarının sayı ilə bağlı indiyədək rəsmi məlumat dərc edilməyib. Qeyri-rəsmi mənbələr isə onların sayının bir neçə min nəfər olduğunu bildirir.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə yardımı ilə BMT-nin Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatı (DMqT) tərəfindən Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirilən ''Həssas icmaların dayanıqlığının gücləndirilməsi'' layihəsi çərçivəsində hazırlan hesabatda deyilir ki, 2018-ci ilin oktyabrında Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) nümayəndələri ilə görüş zamanı Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) tərəfindən verilən məlumata əsasən, terror təşkilatlarına qoşulmaq üçün Suriya və İraqa Azərbaycandan 1477 (1136 kişi və 341 qadın) nəfərin getdiyi, 903 nəfərin (749 kişi və 154 qadın) öldüyü və ya itkin düşdüyü güman edilir.

XS
SM
MD
LG