Ekvadorda bir qrup mühafizəkar qanunverici WikiLeaks-in təsisiçisi Culian Assanjın Ekvador vətəndaşlığının ləğv edilməsinə çağırıb, çünki onlar həmin proses zamanı çox sayda qayda poznutularının olduğunu söyləyir.
Assanj vətəndaşlığının ondan alınmasının, onun WikiLeaks saytında ABŞ-ın bir sıra diplomatik və ordu sirlərini dərc etdiyinə görə Birləşmiş Ştatlara ekstradisiya olunmasına gətirib çıxaracağına inanır.
Qanunvericilər cümə axşamı sənədləri mətbuata təqdim edib. Həmin sənədlərdə Assanjın Cənubi Amerika ölkəsinin vətəndaşı ola bilmək üçün Ekvadorun Londondakı səfirliyində sığınacaqdan imtina etdiyi iddia olunur.
Assanj seks cinayətləri səbəbilə istintaqa cəlb olunmaq üçün İsveçə ekstradisiya edilməkdən yayınmaq üçün Ekvador səfirliyinə sığınıb. Amma o bu ittihamları rədd edib.
Ona qarşı irəli sürülən ittihamlar aradan qaldırılıb. Lakin Assanj səfirliyi tərk etsə, zəmanət şərtlərini pozduğu üçün Britaniya polisi tərəfindən həbs oluna bilər.