Accessibility links

Vətəndaşların hüquqi müdafiəsini zəiflədən qanun layihəsi gündəlikdən çıxarılıb


Milli Məclis

Hüquqşünasların və vətəndaş cəmiyyəti təmsilçilərinin narazılığına səbəb olan düzəlişlər ölkə parlamentinin gündəliyindən çıxarılıb. Söhbət Mülki-Prosessual Məcəllə, İnzibati-Prosessual Məcəllə və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna düzəlişləri nəzərdə tutan qanun layihəsindən gedir.

KİV-in məlumatına görə, bu düzəlişlər mülki və inzibati işlər üzrə məhkəmələrdə nümayəndəlik institutunun ləğvini nəzərdə tuturdu.

Qanun layihəsinə görə, belə işlərdə vətəndaşların hüquqlarını ancaq Vəkillər Kollegiyasının üzvləri müdafiə edə bilərdi. Bu, hüquqşünasların və vətəndaş cəmiyyəti təmsilçilərinin narazılığına səbəb olub. Çünki vəkillərin sayının az olması və Vəkillər Kollegiyasına yeni üzvlərin qəbulu prosedurunun mürəkkəbliyi ilə əlaqədar nümayəndəlik institutunun ləğvi mülki və inzibati işlərdə vətəndaşları müdafiəsiz qoya bilərdi.

Milli Məclisin 20 oktyabr iclasında parlamentin spikeri Oqtay Əsədov deyib ki, hazırlanma prosesində yol verilən nöqsanlara görə qanun layihəsi gündəlikdən çıxarılır.

XS
SM
MD
LG