Accessibility links

Qarət edilən 1,2 milyion avro dəyəri olan saatın Rəşad Abdullayevin olduğu bildirilir


Azadiq.info saytı İbiza adasında azərbaycanlı gəncin 1,2 milyon avro dəyərində saatının oğurlanması faktı ilə bağlı İspaniya polisinin protokolunu dərc edib. Sənədə görə, zərərçəkən Azərbaycan vətəndaşı Rəşad Abdullayevdir (1994-cü ildə anadan olub). Protokolda onun London telefonunun nömrəsi göstərilib.

Mənbənin məlumatına görə, o, dostları Ceyhun Mahmudzadə və Azər Əsgərov ilə birlikdə olub.

This image contains sensitive content which some people may find offensive or disturbing.
Richard Mille (RM) 50-03 MCLaren F1 saatı
Richard Mille (RM) 50-03 MCLaren F1 saatı

Protokola əsasən Rəşad Abdullayev Londonda yaşayır. Sənəddə başqa bilgi yoxdur və bu gəncin atasının kim olduğunu düşünmək lazım gəlir.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin Rəşad adlı oğlu var.

Lakin bu dövlət şirkətinin rəhbəri hər hansı bəyanat və ya təkzib verməyib. Dəfələrlə zənglərimizə baxmayaraq, bu qurumun mətbuat xidməti də telefonların dəstəyini qaldırmayıb. Rəşad Abdullayevin polisin protokolunda göstərilən London telefonuna da cavab verən olmayıb.

Xatırladaq ki, bir neçə gün öncə Britaniya mətbuatı İbizada gəncin qarət olunduğunu bildirib. Gəncin Richard Mille (RM) 50-03 MCLaren F1 saatı oğurlanıb. Həmin saatdan dünyada cəmi 75 ədəddir.

XS
SM
MD
LG