İrimqiyaslı qar çovğunu ABŞ-ın şərq sahillərində şose yollarını və kütləvi nəqliyyat sistemini iflic edib. Sürətlə cərəyan edən tufan Vaşinqton ərazisini 25 santimetr hündürlükdə qar örtüyünə bürüyüb. İnsanların işdən evə qayıtdığı zaman baş verən qar yağıntısı minlərlə sürücünün yollarda ilişib qalmasına bais olub. Qar və buz elektrik xətlərini qırdıqdan sonra yüz minlərlə ev işıqsız qalıb. Bir qədər şimalda, 60 santimetr hündürlükdə qar yağacağı proqnozlaşdırılan Nyu York şəhərində rəsmilər fövqəladə vəziyyət elan ediblər.