Abşeron yarımadasında dünəndən başlayan qar hələ də davam edir. Bakının küçələri qarla örütülüdür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, ölkə ərazisində fevralın 16-sı gündüzdən 17-si səhərədək qeyri-sabit, yağıntılı hava şəraiti davam edib, qar yağıb, bəzi yerlərdə intensiv olub.
Qar örtüyünün hündürlüyü Bakıda və Abşeron yarımadasında: Bakıda 24, Lənkəran-Astara zonasında 20-91, Kiçik Qafqazda 7-18, Böyük Qafqazda 5-59, Naxçıvan MR-da2-63, Mərkəzi-Aran rayonlarında və Qazax-Gəncə zonasında 1-15 santimetr olub.