Accessibility links

Bakıda sulu qar yağacaq


Qar
Qar

Ölkə boyu qar yağacaq, soyuq olacaq, külək gücləncək

Dekabrın 12-də Bakıda və Abşeron yarımadasında hava soyuq, güclü küləkli, arabir yağıntılı olacaq, sulu qar yağacaq. Gecə və gündüz 0-3 dərəcə isti olacaq.

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Azərbaycanın rayonlarında da dekabrın 12-də yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 8-13, bəzi yerlərdə 18, gündüz 0-5 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski Rusiyanın hücumu fonunda Xarkivə səfər edib
please wait

No media source currently available

0:00 0:12:03 0:00
XS
SM
MD
LG