Accessibility links

"Qara Cümə" - Milad alış-veriş mövsümünün başlanğıcı


Bu gün ABŞ alıcıları gecə saatlarından mağazaların qarşısında ənənəvi “Qara Cümə” günü kimi tanınan və Milad bazarlığı mövsümünün başlanğıcı sayılan alış-veriş üçün növbələrə düzülüb.

Bəzi alış-veriş ovçuları bu fürsətdən istifadə edərək Arkanzasdakı Walmart-a çümə axşamı axşam saatlarından gəlməyə başlayırlar.

Onlayn alış-verişın artmasına baxmayaraq, bəzi alıcılar yeni il mahnılarının sədaları altında bazarlıq edib, yüksək endirimləri qaçırmamaq üçün mağazalara üz tutur.

Bir çox pərakəndə satış obyektləri elektronika, geyim və bir sıra məşhur əşyalar üzrə alıcıları cəlb etməyin, ilin sonuna qədər əldə edilməli olan hədəflərinə nail olmağa kömək edəcəklərinə ümid edirlər.

XS
SM
MD
LG