Accessibility links

Qara dənizdə Azərbaycanın iştirakı ilə birgə təlimlər başlayıb


Qara dənizdə Azərbaycanın iştirakı ilə birgə təlimlər başlayıb
Qara dənizdə Azərbaycanın iştirakı ilə birgə təlimlər başlayıb

Qara dənizdə Ukrayna, Gürcüstan, Bolqarıstan, Azərbaycan, ABŞ və Rumıniya Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə "Ex DIVE 2021" çoxmillətli mina axtarışı təlimlərinin aktiv mərhələsi başlayıb.

Bu barədə Ukrayna Hərbi-Dəniz Qüvvələrinin İctimaiyyətlə Əlaqələr Xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, təlim planına uyğun olaraq hərbçilər əvvəlcədən razılaşdırılmış beynəlxalq qrupların tərkibində suyun 30 metrdən çox dərinliyinə enir.

Qara dənizdə Azərbaycanın iştirakı ilə birgə təlimlər başlayıb
Qara dənizdə Azərbaycanın iştirakı ilə birgə təlimlər başlayıb

“Bundan əlavə, təzyiq kamerasının iştirakı ilə tibbi yardım göstərilməsi elementləri üzərində iş aparılır. Eyni zamanda, təlim zamanı Rumıniya gəmisində müasir okeanoqrafik, meteoroloji, topoqrafik və hidroqrafik avadanlıqların işi ilə tanış olurlar,” xəbərdə qeyd edilir.

Ukrayna Hərbi-Dəniz Qüvvələri bildirir ki, təlimlərin əsas məqsədi çoxmillətli taktiki qrup dalğıclarının hərəkətlərinin sinxronlaşdırılması və dalğıcların müxtəlif ölkələrdə birgə tapşırıqların yerinə yetirilməsinin həyata keçirilməsidir. İştirakçıların qarşısına sualtı minalardan təmizləmə əməliyyatları, sualtı partlayış və texniki işlər, mina əməliyyatları qoyulub.

Azərbaycan hərbi qurumları bu təlimlərlə bağlı hələ məlumat yaymayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG