Accessibility links

Qara dənizin dibi ilə çəkilən qaz kəmərinin dəniz fazası tamamlanıb


Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan Qara dənizin dibi ilə çəkilən qaz kəmərinin dəniz fazasının tamamlanmasını xüsusi mərasimlə qeyd ediblər.

Noyabrın 19-da İstanbulda keçirilən mərasimdə çıxış edən Ərdoğan deyib ki, TürkAxını qaz kəməri hər il Rusiyadan Türkiyəyə 31.5 milyard kubmetr təbii qaz nəql edəcək və bunun təxminən yarısı Avropa bazarlarına çıxacaq.

İndi qurudakı işlərin görülməsi prosesinə başlanıb və kəmərin tikinitsi 2019-cu ildə başa çatmalıdır.

Putin deyib ki, bu kəmər Avropanın enerji təhlükəsizliyini təmin edəcək. O israr edib ki, layihə “heç kimin maraqlarına qarşı yönəlməyib”.

Rusiya prezidenti bunu da bəyan edib ki, Türkiyə “Avropanın əsas enerji qovşağına” çevriləcək.

Bu yeni layihə Moskvanın Ukraynadan yan keçən kəmərlərin çəkilməsi planlarının bir hissəsidir. Avropa hazırda istehlak etdiyi qazın üçdə birini Rusiyanın Gazprom şirkətindən alır.

Moskva və Ankara arasında münasibətlər 2015-ci ildə Türkiyə silahlı qüvvələri Suriya üzərində Rusiya hərbi təyyarəsini vurduqdan sonra ən gərgin həddinə çatmışdı.

Lakin 2016-cı ildə əldə olunmuş barışıq sayəsində münasibətlər tezliklə canlanıb və Putinlə Ərdoğan Suriya münaqişəsində yaxından əməkdaşlığa başlayıblar. Bundan əlavə Türkiyə Rusiyadan S-400 raketdən müdafiə sistemlərinin alınması, habelə Moskvanın Türkiyədə ilk nüvə stansiyasını tikməsi barədə sazişlər imzalayıb.

İstanbulda keçirilən mərasim dənizin dibi ilə 930 kilometrlik iki boru xəttinin çəkilişinin başa çatmasına həsr edilmişıdi.

Rusiyanın dövlət şirkəti Gazprom bildirib ki, TürkAxını kəməri potensial olaraq Serbiya, habelə Avropa İttifaqının üzvləri olan Bolqarıstan, Yunanıstan, İtaliya və Macarıstanı qazla təchiz edə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG