Accessibility links

Tom de Vaalın Qara Bağ kitabının yeni təqdimatı


İyunun 20-də Karnegi Fondunda Tomas de Vaalın “Qara Bağ” kitabının 10-cu buraxılışının təqdimatı keçirilib.

Kitabın ilk buraxılışından 10 il keçməsinə baxmayaraq, Qara Bağ əsəri Azərbaycan və Ermənistan arasında müharibə və sülh prosesinin, həmçinin Dağlıq Qarabağ münaqişəsinin ingilis dilli təhlillərindən biri olaraq qalır.

Cənab De Vaal kitabın yeni buraxılışında çox dəyişiklik olmadığını, məzmunun eyni saxlanıldığını bildirib. O, sadəcə kitabın sonluğunu genişlədirərək yenilədiyini deyib. On il ərzində fikirlərində heç bir dəyişiklik baş vermədiyini deyən cənab De Vaal bu illər onu münaqişəyə daha real yanaşmağa məxbur etdiyini deyib. “Söyləmək təəssüf edici olsa da bu illər məni biraz çox pessimist edib. O, geridə qalan 10 il ərzində bir çox fürsətin düzgün dəyərləndirilmədiyini vurğulayıb.

Qara Bağ kitabının onuncu buraxılışında De Vaal münaqişənin dalana dirənməsindən və bu günə kimi baş verən siyasi inkişaflardan danışır.

Kitabın münaqişəyə nə kimi tövhə verdiyindən də söhbət açan Tomas de Vaal araşdırmanın bir çox aspektlərə də aydınlıq gətirdiyini, konspirasiya nəzəriyyələrinin doğru olmadığını deyib. “Kitab Azərbaycan və Ermənistanın bir çox sahələrdə münasibətlərini daha da yaxşılaşdıra bilməsinə töhvə verə bilər” – deyə ekspert bildirib.

Təqdimatda Azərbaycan və Ermənistan səfirliklərinin, habelə Vaşinqtonda yerləşən QHT nümayəndələri iştirak edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG