Accessibility links

Polis “qara bazar”da valyuta satanları saxlayıb


Dollar-manat
Dollar-manat

Azərbaycan Daxili İşlər Nazırliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakının Səbael rayonu ərazisində qanunsuz valyuta mübadiləsi fəaliyyəti ilə məşğul olan şəxsləri saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Abşeron rayon sakini Səbuhi Əliyev və Bakı şəhər sakini Emil Əhmədov 41 min 630 ABŞ dolları və 30 min avro məbləğində pulu “qara bazar”da 135 min manata satan zaman saxlanılıb.

Baş İdarə əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində Bakının Nərimanov rayonu ərazisində qanunsuz valyuta mübadiləsi ilə məşğul olan daha bir şəxs, Bakı şəhər sakini Kamran Şərifov 54 min 585 ABŞ dollarını 100 min manata satarkən saxlanılıb. Onun yaşadığı mənzilə baxış zamanı oradan əlavə olaraq 12 min 600 manat və 7 min 515 ABŞ dolları aşkar edilərək götürülüb.

Faktlarla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırmalar davam etdirilir.

XS
SM
MD
LG