Accessibility links

Qarabağ müharibəsində yaralanan və həlak olan jurnalistlərin sayı açıqlandı


44 gün davam edən müharibədə qismən səfərbərlik və digər proqramlar çərçivəsində cəlb edilən, cəbhə xəttinə göndərilən, döyüşlərdə iştirak edən jurnalistlərin siyahısı hazırlanıb.

Bu baradə Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli məlumat verib.

Müşfiq Ələsgərlinin təmsil etdiyi hər iki qurum 27 sentyabr 2020-ci il tarixindən etibarən KİV təmsilçilərinin fəaliyyəti ilə bağlı monitorinq aparıblar.

Onun sözlərinə görə, KİV işçiləri 44 günlük müharibədə, cəbhə xəttində həm xəbər istehsalçısı qismində, həm də səfərbərlik proqramı çərçivəsində cəlb edilmiş döyüşçü qismində iştirak ediblər: "Media təmsilçilərinin fəaliyyəti hər iki istiqamətdə uğurlu olub" - o qeyd edib.

Müşviq Ələsgərli bildirib ki, təqribən 27 nəfər jurnalist ehtiyatda olan zabit və digər kateqoriyalar qismində səfərbərlik proqramına cəlb ediliblər, cəbhə xəttinə göndəriliblər: "27 nəfərin sırasından 2 nəfər döyüşlərin gedişində yaralanıblar, müxtəlif dərəcəli xəsarətlər alıblar. Hazırda vəziyyətləri normaldır. Monotorinqlərin nəticəsinə görə, 27 nəfərdən hər birinin xidməti qüsursuz, sağlıqları normaldır. Əlavə olaraq, döyüş bölgəsində səfərbərlik proqramından kənar xidmət keçən, həqiqi hərbi xidmətdə olan sabiq KİV işçisi - ATV-nin keçmiş montajçı-əməkdaşı Davud Qurbanov oktyabrın 5-də həlak olub. Hərbi xidmətin davam etdiyini, təhlükəsizlik amillərini nəzərə alaraq, səfərbərlik proqramına cəlb edilmiş, cəbhə xəttinə göndərilmiş həmkarlarımızın adlarını hələlik açıqlamırıq. Onların geri dönüşündən sonra daha detallı informasiyalar veriləcək. Bu istiqamətdə müşahidələrimiz davam edir."

Hazırda cəbhə bölgəsində reportyor, xəbər istehsalçısı kimi fəaliyyət göstərən, atəşə, hücuma məruz qalan, xəsarət alan jurnalistlərlə bağlı ayrıca hesabat hazırlanır və yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG