Accessibility links

Qarabağa dəstək aksiyasında iştirak edən fəal Urmiyə məhkəməsinə çağırılıb


Keçən bir neçə ay ərzində Urmiyədə Azərbaycan Respublikasına dəstək məqsədilə keçirilən iki ayrı aksiyada saxlanılan türk fəal Salar Tahir Afşar Urmiyə məhkəməsinə çağırılıb.

Milli fəalın internet üzərindən aldığı çağırışda dekabrın 14-də Urmiyə İnqilab Məhkəməsinin 2-ci şöbəsinə müraciət etməsi tələb edilib.

Çağırışda yazılanlara əsasən, o, “qanunsuz etiraz aksiyası təşkil etmək” və “islami nizama qarşı təbliğat” ittihamları ilə günahlandırılır.

Salar Tahir Afşar keçən iyul ayının 16-da Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi toqquşmaların ardınca bir çox digər fəalla birlikdə Urmiyədə nəzarət altına alınıb bir neçə gün sonra 50 milyon tümənlik mülki zəmanət qarşılığında müvəqqəti olaraq azad edildi. Türk fəal həmçinin ikinci Qarabağ müharibəsinin başladığından bir neçə gün sonra təşkil olunan aksiyada yenidən saxlanılıb bir gün sonra sərbəst buraxıldı.

Hüquq müdafiəçiləri keçən sentyabr ayının 29-dan sonra İran Azərbaycanı və türklərin yaşadığı digər bölgələrdə təşkil olunan Qarabağa dəstək mitinqlərində iki həftə ərzində yüzlərlə vətəndaşın nəzarət altına alındığını bildirirlər.

Keçən günlərdə Amerikanın Səsinə danışan hüquq müdafiəçisi Jalə Təbrizinin sözlərinə görə, etiraz aksiyalarında saxlanılanların bir çoxu yüksək məbləğdə mülki zəmanət qarşılığında sərbəst buraxılmadan əvvəl ağır işgəncələrə məruz qalıb.

XS
SM
MD
LG