Accessibility links

Qarabağda atəşkəsin pozulduğu deyilir


Hərbi əməliyyatların bitməsindən və bölgədə Rusiya sülhməramlılarının əməliyyatının başlanmasından bəri Dağlıq Qarabağda ilk dəfə atəşkəs pozulub.

Bu barədə Rusiya, Azərbaycan və Ermənistan mənbələri xəbər yayıb.

“Rusiya sülhməramlı qüvvələri kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir. İyirmi üç müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edir. 11 dekabrda Hadrut bölgəsində atəşkəs rejiminin pozulması hadisəsi qeydə alınıb," Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Azərbaycan Müdafiə Nazirliyi məsələ ilə bağlı yaydığı rəsmi məlumatda Ermənistan tərəfini "Azərbaycanın işğaldan azad olunmuş ərazilərində atəşkəs rejiminin pozulması ilə müşayiət olunan təxribat əməlləri törətməkdə" ittiham edib.

"Azərbaycan Silahlı Qüvvələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Hal-hazırda atəşkəs rejiminə riayət olunur," bəyanatda deyilir.

Ermənistan müdafiə rəsmiləri Azərbaycan qüvvələrini Hin Tağlar və Xtsaberd yaşayış məntqələrinə hücum cəhdində ittiham ediblər.

Ermənistan baş nazirinin sözçüsü Mane Gevorgyan Rusiya sülhməramlı qüvvələrini "Azərbaycanın hücumuna" cavab verməyə çağırıb.

XS
SM
MD
LG