Bu gün Avropa Liqasının qrup mərhələsində II turun oyunları çərçivəsində Azərbaycan çempionu "Qarabağ" səfərdə Milan "İnter"i qarşılaşır. "Cüzeppe Meatsa" (San Siro) stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 00.05-də başlayacaq. Oyunu izləmək üçün stadionda çoxsaylı azərbaycanlı da var.
İtaliya paytaxtı Roma şəhərində təhsil alan azərbaycanlı tələbə Orxan Məmməd Amerikanın Səsinə müsahibədə bildirib ki, onunla birlikdə 80-ə yaxın azərbaycanlı Romadan Milana oyunu izləməyə gəlib.
Orxan Məmməd oyuna bir saat qalmış artıq stadionda 150-200 azərbaycanlı azarkeşin toplaşdığı bildirib. Onun sözlərinə görə azarkeşlər oyuna maraqlı şüarlarla gəlib. Orxan Məmməd Qarabağın oyunda gözəl oyun göstərəcəyinə əmin olduğunu bildirib. Onun müsahibəyə qulaq asa bilərsiniz.