Accessibility links

Qaradırnaq kəndində qarşıdurma – saxlanılanlar var


Qaradırnaq kəndi

Bu gün, mayın 16-da Bərdə rayonunun Qaradırnaq kəndinin bir qrup sakini heyvanlarını otarmaq üçün onlara örüş sahəsinin ayrılması tələbi ilə aksiya keçirib. Kənd camaatı icarəyə verilmiş bələdiyyə torpaqlarının ümumi istifadəyə qaytarılmasını tələb edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, kəndə gələn Rayon Polis Şöbəsinin rəhbərliyi izahedici söhbətlər aparsa da, onlar öz hərəkətlərini davam etdirib, hətta kəndin digər sakinlərinə məxsus pay torpaqlarının onlara örüş sahəsi kimi verilməsini də tələb ediblər.

"Onların bu hüquqazidd əməllərinin qarşısının alınması üçün hadisə yerinə polis əməkdaşları cəlb edilib. Asayiş keşikçilərinin dəfələrlə etdiyi xəbərdarlığa məhəl qoymayan qrup üzvləri polisə qarşı müqavimət göstəriblər.

Qaradırnaq kəndinin icarəyə verilmiş topraqları
Qaradırnaq kəndinin icarəyə verilmiş topraqları

Onların hərəkətlərinin qarşısı alınıb, ictimai asayiş tam bərpa edilib. Polisin qanuni tələblərinə riayət etməyən və müqavimət göstərən 14 nəfər saxlanılaraq Polis Şöbəsinə gətirilib," mətbuat xidməti bildirir.

Qaradırnaq kəninin bir sakini Amerikanın Səsinə deyib ki, neçə illərdir kəndin örüş torpaqları qanunsuz olaraq müxtəlif şəxslərə icarəyə verilir, kənd camaatı həmin torpaqlardan yararlana bilmir. Kənd camaatı məsələni dəfələrlə yerli rəhbərlik qarşısında qaldırmasına baxmayaraq hər hansı tədbir görülməyib.

“Camaatının neçə illərdir şikayətinə baxan yoxdur. Cana doymuşuq, nə etməliyik?” sakin qeyd edib.

please wait

No media source currently available

0:00 0:03:21 0:00

Bərdə rayon icra hakimiyyəti başçısının Hüseynalılar kənd inzibati ərazi dairəsi (Qaradırnaq kəndi bu ərazi dairəsinə daxildir-red) üzrə nümayəndəsi Ərşad Abdullayev Amerikanın Səsinə deyib ki, camaat örüş yeri almaqla bağlı artıq 10-15 gündür şikayət edir. Camaat iddia qaldırır ki, icarəyə verilən torpaqlar qaytarılmalı və onlar həmin torpaqlardan örüş sahəsi kimi istifadə etməlidir.

please wait

No media source currently available

0:00 0:01:40 0:00

“Biz də izah etdik ki, ümumi istifadəyə verilən torpaqlar örüş kimi camaatın istifadəsindədir. Qalan bələdiyyə torpaqları var ki, onlar müxtəlif adamlara icarəyə verilib. Həmin topraqlarda taxıl, pambıq, yonca əkilib. Kənd camaatı da israrla tələb edir ki, həmin torpaqları alıb örüş kimi istiafadə etməliyik. Bu gün də yığışdılar, bələdiyyə sədrini dəvət etdim. İzah etdik ki, qanuni yolu budur. Sonra razılaşmadılar. Polis rəisini dəvət etdik, müavini gəldi. Onlar da izah etdilər. Dedilər məhkəməyə müraciət edin, qanuni tədbir görülsün. Camaat razılaşmadı və dedilər mal-qaranı aparılb icarəyə verilmiş torpaqlarda otaracaqlar. Bundan sonra polis bir neçə nəfəri saxladı ki, kütləvi ixtişaş yaradırsınız, qanunsuz hərəkət edirsiniz.”

Abdullayevin dediyinə görə, icarəyə verilən torpaqlar bələdiyyənin fond torpaqlarıdır.

“128 hektar bələdiyyə torpağından 70 hektarı ümumi istifadədir. Qalan 58 hektarı icarəyə verilib,” o qeyd edib.

XS
SM
MD
LG