Accessibility links

23 əvvəl Qarakənddə vurulan Azərbaycan helikopteri


Qarakənd yaxınlığında vurulan helikopter
Qarakənd yaxınlığında vurulan helikopter

Noyabrın 20-də Qarabağ səmasında içərisində Azərbaycanın görkəmli dövlət xadimlərinin və sülhməramlı missiya ilə bölgəyə gəlmiş Rusiya və Qazaxıstan nümayəndələrinin olduğu helikopterin vurulmasının 23 ili tamam olur.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyevin şərhində deyilir ki, 1991-ci ilin 20 noyabr tarixində Azərbaycanın Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində ermənilər tərəfindən içərisində Azərbaycan, Rusiya və Qazaxıstanın dövlət rəsmiləri, millət vəkilləri və jurnalistlərin olduğu mülki helikopter vurulub. Mülki Helikopterin vurulması nəticəsində 22 nəfər faciəli şəkildə həlak olub.

Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində mülki helikopterin vurulmasının Ermənistanın təhlükəsizlik orqanları tərəfindən təşkil edildiyi müəyyən edilib. Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzünün tərkib hissəsi kimi sonrakı illərdə də Ermənistanın Azərbaycana qarşı terror əməllərini davam etdirib, mülki şəxsləri daşıyan uçuş vasitələrinin vurulması həyata keçirilib, nəqliyyat vasitələrində, o cümlədən metroda 30-dan artıq terror aktı təşkil edilib.

Ermənistan tərəfindən 1991-ci ilin 20 noyabr tarixində Qarakənd faciəsinin törədilməsi sülh təşəbbüsü ilə regiona səfər edən yüksək vəzifəli şəxslər və ictimai-siyasi xadimlərin fiziki məhvi həyata keçirilib və münaqişənin ilkin mərhələdə sülh yolu ilə həllinə imkan verilməyib. Bu fakt bir daha ona dəlalət edir ki, Ermənistanın əsl məqsədi münaqişənin sülh yolu ilə həllinə imkan verməmək və Azərbaycanın ərazilərini işğal etməkdir.

Bu ənənələrinə sadiq qalan Ermənistan tərəfindən bu gün də münaqişənin sülh yolu ilə həllində hər hansı təşəbbüs irəli sürülən zaman təxribatlara əl atılır və bütün vasitələrlə danışıqlar prosesinə xələl gətirir", Hacıyev qeyd edir.

Xatırladaq ki, Mİ-8 helikopterində həlak olanlar arasında Azərbaycanın dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qaibov, dövlət müşaviri Məhəmməd Əsədov, prezidentin mətbuat katibi Osman Mirzəyev, baş nazirin müavini Zülfü Hacıyev, meliorasiya nazirinin birinci müavini Qurban Namazəliyev, deputatlar Vəli Məmmədov və Vaqif Cəfərov, o zamankı Dağlıq Qarabağ Muxtar Vilayətinin prokuroru Valeri Plavski, jurnalistlər Əli Mustafayev, Fəxrəddin Şahbazov və Arif Hüseynzadə və başqaları var idi.

Azərbaycanın daha bir Mİ-8 mülki helikopteri 1992-ci ilin yanvarında Şuşa şəhəri yaxınlığında vurulub. Həmin vaxt 50-yə yaxın mülki insan həlak olub.

Bu helikopterlərin vurulmasında istintaq yolu ilə günahlı hesab edilən bir nəfər belə nə Azərbaycan hüquq mühafizə orqanları, nə də İnterpol tərəfindən həbs edilməyib.

Ermənistan tərəfi Azərbaycan Xarici İşlər Nazirliyinin şərhinə hələ münasibət bildirməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG