Ağdərili keçmiş polis zabiti Derek Çauvinin afrikalı amerikalı Corc Floydun ölümünə görə ona qarşı irəli sürülən hər üç ittiham üzrə təqsirli bilinməsinə baxmayaraq icma təşkilatçıları və polis etirazların davam edəcəyini gözləyir.
Minneapolisdə hökmdən öncəki günlərdə etirazlar keçirilirdi.
Afrikalı amerikalının ölümündə ağdərili sabiq polis zabiti Derek Çauvin təqsirli bilindi.
Lakin los-ancelesli keşiş Nacuma Smit-Pollard deyir ki, Çauvinlə bağlı verilən bu qərara baxmayaraq nümayişlərin davam edəcəyi gözlənilir.
“Onun günhakar tanınması ilə bağlı qərarların heç biri məmnunluq yaratmadı. Məmnunluğu Corc Floydun hələ də sağ olması yaradardı,” o deyir.
Bir çox bizneslər pəncərə və qapılarına taxtalar yapışdırmağa başlayıblar, çünki onlar ötən il Corc Floydun ölümündən sonra baş verən iğtişaşların təkrarlanmasından qorxurlar.
“Əlbəttə ki, bu mümkündür. Əlbəttə ki, insanlar bu cür şeylərdən yorulublar. Və əgər bu baş vərsə, bu, müəyyən dərəcədə gözləniləndir, çünki insanlar qəzəblidirlər,” Smit-Pollard bildirir.
“Hüquq-mühafizə orqanları qərarın nə olacağından asılı olmayaraq iğtişaşların olacağını bilirdi,” Milli Polis Assosiasiyasının sözçüsü Betsi Smit deyir.
Təqaüdə çıxan polis serjantı və Milli Polis Assoisasiyasının sözçüsü Betsi Smit deyir ki, mediada ədalətin işıqlandırılma şəkli insanların hisslərini alovlandırır.
“Mən düşünürəm ki, Birləşmiş Ştatlardakı KİV ədliyyə sisteminə inamsızlığı davam etdirir və insanların bizim sistemimizin necə işlədiyini tamamilə yanlış anlalamarına səbəb olur,” o deyir.
Smit deyir ki, ABŞ-da hüquq mühafizə orqanları bəzi media təşkilatları tərəfindən ədalətsiz şəkildə işıqlandırılıb.
“Bir çox media orqanları və fəallardan ibarət qruplar deyiblər ki, Derek Çauvin Amerika hüquq-mühafizə orqanlarının simasıdır. Amma bu belə deyil və bizim sitemiziim belə işləmir. Təsəvür edin biz bunun tam əksini edirik. Məsələn mühakimə olunan hər bir qatil polis zabiti ilə bağı deyirik ki,‘bu qatil polis afrikalı amerikalıarı təmsil edir, bu qatil polis ağdərililəri təmsil edir. Hazırda mühakimə olunan qatil polis isə asiyalı amerikalıları təmsil edir’. Biz bunu etmirik çünki bizim sistemimiz belə deyil,” o söyləyir.
Lakin "Qaraların Həyatı Mühümdür" hərəkatının üzvləri və Smit-Pollard deyir ki, ölkədə dərin irqçilik problemi mövcuddur.
“Məsələ fərd olaraq Çauvində deyil, məsələ irqçiliklə dolu olan institutdadır,” Nacuma Smit-Pollard deyir.
Smit Pollard deyir ki, məhz buna görə insanlar ABŞ-da iqrçilik məsələsi ilə bağlı dərin fikir ayrılıqları ilə bağlı müzakirələri və etirazları davam etdirəcəklər.