Accessibility links

"Qardaşcasına 1 fincan çay içək" - Parisdə müsəlmanların kütləvi kampaniyası


Fransada yüzlərlə məscid qeyri-müsəlmanları öz mədəniyyətləri barədə məlumatlandırmağa çalışmaq üçün qapılarını ictimaiyyətə açıb. Onlar islamçı ekstremistlərin onların inancları barədə yanlış fikir formalaşdırdığı bildirir.

Fransadakı 2500 məscidin hamısı bu kampaniyada iştirak etməsə də, Paris Böyük Məscid də daxil olmaqla ən nüfuzlu məscidlər kampaniyaya qatılıblar. Bu cəhd Fransa Müsəlman İnancı Şurasının təşəbbüsü ilə həyata keçirilir.

Qrupun prezidenti Anar Kbibeç jurnalistlərə açıqlamasında bildirib ki, məscidlər insanlar normal müsəlmanlarla tanışlığı, istirahətə və turlara, seminarlara və müzakirələrə dəvət edir. Çağırışda deyilir ki, insanlar hətta namazlara da qatıla bilərlər. Buraya "Qardaşcasına 1 fincan çay" kampaniyası da daxildir.

Kampaniya Parisdə Charlie Hebdo satirik jurnalının baş ofisinə qarşı ekstremistlərin qəddar hücumunun birinci ildönümünə təsadüf edir.

XS
SM
MD
LG