Accessibility links

Trampın iqtisadi məsələlər üzrə müşaviri istefa verir


ABŞ prezidenti Donald Trampın iqtisadi məsələlər üzrə müşavirinin istefa verəcəyi bildirilir.

Qari Konun istefası Trampın polad və alüminium idxalına tariflərin tətbiq edilməsi qərarından sonraya təsadüf edir. Bildirilir ki, Kon bu qərara qarşı idi.

Kon bu il istefa verən dördüncü yüksək vəzifəli Ağ Ev əməkdaşıdır.

İsteva verən digər əməkdaşlar kommunikasiya direktoru Hop Hiks, kommunikasiya direktorunun müavini və aparat katibi idilər.

XS
SM
MD
LG