"Filippində 5 il əvvəl super tufanın 6200 nəfərin ölümünə səbəb olmasından sonra ölkə ən ağır dərsini alıb. Qasırğa öncəsi xəbərdarlıqlar və fəlakətlərə cavab inkişaf etdirilməlidir."
Bunu ölkə prezidenti Benigno Aquioni bildirib.
Bu ay adalarda baş verən daha bir fəlakət 74 insan həyatına son qoyub.
Tufan nəticəsində onlarla insan itkin düşüb.
Manqxut tufanı 900 kilometr diametrlik ərazidə infrastruktur, kənd təsərrüfatı və heyvandarlığa ciddi ziyan vurub. Böyük ərazilər su altındadır.
Şənbə günü küləyin sürətinin saatda 255 kilometr sürətlə irəliləyən tufan quruya çatıb.
İtoqonun meri Viktorio Palanqdanın bildirdiyinə görə, ölənlərin əksəriyyəti mədən işçiləri və onların ailə üzvlədirir. O, 55 nəfərədək insanın itkin düşdüyünü və ya öldüyünü təxmin etdiyini bildirib.
Fillipində 3 miyondan artıq insan tufanın təsirinə məruz qalıb. 11 milyon insan daşqınalrla üzləşib.
Havayda yerləşən Birgə Tufan Xəbərdarlığı Mərkəzi təbii fəlakəti super tufan adlandırıb. Atlantik qasırğa kateqoriyalarına görə tufan 5-ci səviyyədə olub.
Manqxut bu il Filippində qeydə alının 15-ci tufandır. Ümumilikdə hər il bu ölkədə 20 tufan olur.
Hazırda rəsmilər qeyri-qanuni mədənçiliyə son qoymaq və evakuasiya sisitemini yaxşılaşdırmağa çalışır.