Accessibility links

Nana qasırğası zəifləyir


ABŞ Milli Qasırğa Mərkəzinin bildirdiyinə görə, Nana qasırğası cümə axşamı erkən saatlarda Beliz sahillərini vurub və quruya doğru irəlilədikcə zəifləyərək tropik fırtınaya çevrilib.

Milli Qasırğa Mərkəzi küləyinin sürəti saatda 120 kilometr olan Nana daha az əhalisi olan Beliz şəhərinin cənubuna çatarkən küləyin sürətinin saatda təxminən 80 kilometrə endiyini bildirib.

Cənub-qərbə doğru irəlilədikdcə isə Nana saatda 25 kilometrə qədər zəifləyərək, davamlı küləklə tropik fırtına halını alıb.

Mərkəzin dediyinə görə, tropik fırtına Qvatemala və Meksikanın cənub-şərq bölgəsinə cümə axşamı səhər çatacaq və gecə saatlarına qədər davam edəcək.

Nana qasırğası Belizə çatmazdan əvvəl çərşənbə günü Hondurasın Roatan adasını güclü küləklər və şiddətli yağışlarla vurub.

Çərşənbə axşamı Atlantik okeanında meydana gələn tropik Ömər qasırğası da ABŞ-ın şimal-şərq sahillərinə yaxınlaşdıqca zəifləməyə başlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Rusiyaya qarşı əlavə sanksiyaların mümkünlüyünə işarə edib
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG