Accessibility links

Ruhullah Muradi: İran coğrafiyasında Qaşqay türklərinə heç bir haqq verilməyib [Audio-Müsahibə]


Ruhullah Muradinin sözlərinə görə, İranda Qaşqay türklərinin başlıca problemlərindən biri bu topluma məxsus konkret bölgə və vilayətin mövcud olmamasıdır. Qaşqay türklərinin mədəni fəalı Amerikanın Səsinə müsahibə mənsub oduğu cəmiyyətin müasir və kemiş tarixi, mədəniyyəti və həyat tərzini anlatmaqla yanaşı onların üzləşdiyi iqtisadi çətinliklər habelə ictimai və mədəni problemlərini şərh edib.

Ruhullah Muradi Qaşqay türkləri haqda danışır
please wait

No media source currently available

0:00 0:17:19 0:00

Ruhullah Muradinin bildirdiyinə görə, Qaşqay türklərinin əhalisi İran müəyyən bir bölgəsində cəmləşməyib. Onlar dağınıq şəkildə ölkənin cənubunda yerləşən bir neçə vilayətin müxtəlif bölgələrində yaşayırlar.

Başqa ellərin və etniklərin vilayəti, şəhəri və mediası vardır. Amma Qaşqay türklərinin belə haqqı yoxdur. Qaşqayın İran tarixində böyük yeri olub amma indi İran coğrafiyasında və siyasi səviyyədə heç bir haqqı yoxdur.
Ruhullah Muradi

“Qaşqay türkləri ümumən İranın cənubunda yaşayırlar. Yəni İsfahandan aşağı dörd-beş vilayətdə mütəmərkiz deyil dağınıq şəkildə yaşayırlar. Qaşqayların köçəri olduğu zaman köç İsfahan vilayətindən başlayıb və Buşehr vilayətinə qədər davam edirmiş. Buşehr Qaşqay türklərinin qışlağı imiş. İndi ki, İnqilabdan sonra Qaşqayların böyük hissəsi artıq köçəri həyatı buraxdılar, ‘Çahar-Mahal və Bəxtiyari’, ‘Fars’, İsfahan, Buşehr və Xuzistan vilayətlərində, məxsusən Farsda yaşayırlar,” deyə o bildirir.

O, Qaşqay eli əhalisi ilə bağlı hər hansı bir statistikanın mövcud olmadığını ancaq həmin vilayətlərdə milyonlar Qaşqay türkünün yaşadığını qeyd edir.

İsveçrədə yaşayan mədəni fəalın dediklərinə görə, Qaşqay türklərinin keçmişdə hansı bölgələrdən hazırkı yurdlarına köçdüyünə dair müxtəlif görüşlər mövcuddur.

Qaşqay Türkləri
Qaşqay Türkləri

O, deyir ki, “Qaşqay türklərinin bir bölümü çox qədim zamandan orada var imiş... İndi Qaşqay türkləri olaraq bilinən insanların hamısı vahid bir zamanda və birgə şəkildə oraya köçməyiblər. Bəlki fərqli zamanlarda Anadolu, İraq, Qafqazlar və Orta Asiya kimi bölgələrdən tədricən gəliblər.”

Qaşqay türklərinin İranın keçmiş və müasir tarixində oynadıqları rol, o cümlədən onların müstəmləkəçi güclərə qarşı etdikləri mübarizəni önə çəkən Ruhullah Muradi bu cəmiyyətin daha sonralar İran hakimiyyətləri, xüsusilə Pəhləvilər tərəfindən məruz qaldığı zülm və basqılar haqqında Amerikanın Səsinə ətraflı məlumat verib.

Qaşqay türklərinin ən sıx yaşadığı və bu elin paytaxtı kimi sayılan Firuzabad şəhərinin dövlət məsulları türklərdən seçilmir. Oradakı siyasi və təhlükəsizlik rəsmilər Qaşqay elindən olmur.
Ruhullah Muradi

Ruhullah Muradi İranın inzibati bölgüsündə Qaşqay türklərinə məxsus hər hansı bölgə ya vilayətin mövcud olmamasını bu toplumun başlıca problemlərindən biri kimi dəyərləndirir.

“Başqa ellərin və etniklərin vilayəti, şəhəri və mediası vardır. Amma Qaşqay türklərinin belə haqqı yoxdur. Qaşqayın İran tarixində böyük yeri olub amma indi İran coğrafiyasında və siyasi səviyyədə heç bir haqqı yoxdur. Onların heç bir mediası və qəzeti yoxdur. İndiyə dək Qaşqay türkləri üçün bir mədəniyyət mərkəzi belə təsis edilməmişdir.”

Qaşqay qadınları
Qaşqay qadınları

Onun sözlərinə görə, “Qaşqay türklərinin ən sıx yaşadığı və bu elin paytaxtı kimi sayılan Firuzabad şəhərinin dövlət məsulları türklərdən seçilmir. Oradakı siyasi və təhlükəsizlik rəsmilər Qaşqay elindən olmur.”

Mədəni fəal Qaşqay toplumunda mədəniyyət, kimlik və türk dilinə diqqətin çoxalmaqda olduğunu önə çəkir. O, həmçinin deyir ki, Qaşqay türkləri özlərini İranda yaşayan digər türk toplumları, eləcə də Türkiyə və Azərbaycan Respublikasına yaxın hiss edirlər.

İran Parlamentində bu yaxınlarda təsis edilmiş Türk Bölgələri Fraksiyasının tərkibində Qaşqay türklərinə mənsub millət vəkillərindən də var. Ruhullah Muradi bu fraksiyanın təsisini tarixi bir olay kimi dəyərləndirir.

XS
SM
MD
LG