Accessibility links

ABŞ-ın Vaşinqton ştatında qatar relsdən çıxıb


ABŞ-ın Vaşinqton ştatında qatar dəmir yolundan çıxıb. Çoxsaylı insanın həlak olduğu bildirilir.

Amtrak dəmir yolu şirkətinin məlumatına görə, 78 sərnişin və 5 sürücü heyəti ilə 501-ci qatar Oreqon ştatından Seatla istiqamət almışdı.

Bazar ertəsi bir neçə qatarın Seatl-Portland arası fəaliyyətə başlamasının ilk günüdür.

Şirkətin bəyanatında deyilir ki, təcili yardım xidmətləri hadisə yerindədir. Qəza nəticəsində bəzi sərnişinlər xəsarət alıb.

Seatlda dəmir yolu xidmətinin fəaliyyəti dayandırılıb.

ABŞ prezidenti Donald Tramp həyatını itirənlərin ailə üzvlərinə başsağlığı verib. O, vəziyyətin yaxından izlənildiyini bildirib.

Prezident indi ABŞ-ın infrastrukturunun təcili şəkildə yenilənməsi vaxtının olduğunu deyib.

Tramp daha əvvəl tvit edərək, qəzanın infrastruktur planının tez bir zamanda təsdiq edilməli olduğuna sübut adlandırıb.

O, Amerikada yollar, körpülər, tunellər və dəmir yollarının inşasına ehtiyac olduğu halda Amerikanın Yaxın Şərqdə 7 trillon dollar xərclədiyini yazıb.

XS
SM
MD
LG