Accessibility links

Qətər qoşunlarını Cibuti və Eritreadan çıxarıb


Qətər bütün qoşunlarını Cibuti və Eritreadan çıxarıb. Qətər bu ölkələrə illərdir ərazi mübahisələrini həll etmək üçün vasitəçilik edirdi.

Rəsmi Doha bu qərarına heç bir açıqlama verməyib. Lakin bu ölçüyə onun bir neçə ərəb ölkəsi ilə diplomatik əlaqələrin kəsdiyi bir vaxt əl atılır.

Qətər onun dünyadan təcrid etmək istəyən qonşuları Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri qarşısında zəif orduya malikdir.

O ölkənin Cibuti və Eritrea arasındakı dağlıq sərhəd bölgəsində 450 nəfərlik hərbi qüvvəsi yerləşdirilmişdi.

Eritreanın Afrika Birliyindəki diplomatı Araya Desta Associated Press-ə bildirib ki, bu addım Eritreanın Qətərlə diplomatik əlaqələrini kəsdiyinə görə atılıb. O eyni zamanda Cibutu ilə qarşıdurmanın arzuedilməz olduğunu bildirib.

Riyad və Qahirə adambaşı gəlirə görə dünyanın ən zəngin ölkəsi sayılan Qətəri regionda militant islamçıları dəstəkləməkdə ittiham edir. Onların Qətərin gəmiçilik və hava nəqliyyatını blokadaya almış, ölkənin yeganə quru sərhədini bağlamış və yerli əhali arasında panikaya bais olmuşlar.

Son onilliklərdə daha aqressiv xarici siyasət yürütməyə başlamış Qətər militantları dəstəklədiyini inkar edir. Ölkə rəhbərliyi yoxsulluğa qarşı mübarizə və siyasi islahatlar yürütməklə ekstremizmə qarşı mübarizə apardığını deyir.

BMT-nin insan haqları üzrə nümayəndəsi Zeid Rəad Əl-Hüseyn bölgədə yaranmış vəziyyətin insanların həyatına təsirindən narahat olduğuni deyib.

Bu arada, Suriyada humanitar böhranın həlli məqsədi ilə donor ölkələr Dohada görüş keçirib.

Ölkələr Suriyaya 6 milyard dollar məbləğində yardım vəd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG