Accessibility links

"Qatil sistem qatili qoruyur"


"Qatil sistem qatili qoruyur"
please wait
Embed

No media source currently available

0:00 0:03:26 0:00

Bakı Apelyasiya Məhkəməsində Elina Hacıyevanın ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasova barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib. Hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə Elina Hacıyevanın işi ilə bağlı birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb. Elina Hacıyevanın nənəsi Solmaz Əsgərova məhkəmənin verdiyi qərardan narazı olduğunu bildirib. Vəkil Sevil Əliyevanın sözlərinə görə cəzalanmalı olan şəxslər cəzalandırılmayıb. Bu məsələdə təhsil nazirliyi də məsuliyyət daşımalıdır. Qanunvericilikdə işçinin törətdiyi hüquq pozuntusuna görə işə götürən maddi məsuliyyət daşıyır. Təhsil nazirliyi maddi məsuliyyətdən də yayındı. Gənc fəallar məhkəmənin önündə "Qatil sistem qatili qoruyur" şüarlı aksiya keçiriblər. Onlar məhkəmənin qərarına öz etirazlarını bildiriblər.

XS
SM
MD
LG